“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
25 May 2020 19:03
2 954
Misirin aparıcı KİV-ləri – “Şbbabalnil”, “Əl-Bavabnews” və “Elvathiqa” portalları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı qondarma erməni rejimi tərəfindən mayın 21-də keçirilmiş “andiçmə mərasimi” ilə bağlı “Vətənpərvər” - Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan icması Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” Misirin tanımamasını yüksək qiymətləndirib” sərlövhəli məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə saxta “seçkilərin” və “andiçmə mərasiminin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır, həmçinin soydaşlarımızın bu qanunazidd hərəkətləri tanımayan Misir dövlətinə təşəkkür etdiyi bildirilir.
Bəyanatın mətnində qeyd olunur ki, dünyada tüğyan edən koronavirus pandemiyası dövründə BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan və onun dəstəklədiyi separatçı qondarma rejim mayın 21-də Azərbaycanın Şuşa şəhərində qanunsuz “andiçmə mərasimi” keçirib. Əlavə edilib ki, bu hərəkətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, aparılan danışıqlar prosesində ciddi zərbədir. Misir oxucularına məlumat verilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, GUAM bu saxta seçkiləri tanımayıb və onu qətiyyətlə pisləyib.
Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.
“Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, -deyə məqalənin sonunda bildirilir.
2 Noyabr 18:46
1 106
2 Noyabr 11:24
1 281
1 Noyabr 17:13
1 715