“Xəzər sammiti birgə əməkdaşlığa böyük töhfədir” Siyasət

“Xəzər sammiti birgə əməkdaşlığa böyük töhfədir”

Fuad Muradov: "Prezident Xəzərin statusu ilə bağlı Azərbaycanın tutduğu mövqeyin dəyişməz olduğunu bir daha nümayiş edirdi"

Milli Məclisin deputatı Fuad Muradov Həştərxanda keçirilən 4-cü Xəzər sammitində və Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) 5-ci konfransında iştirak edib. Deputat bununla bağlı öz təəssüratlarını BayMedia-ya bölüşüb.
Fuad Muradov hesab edir ki, Həştərxanda keçirilən dördüncü Xəzər sammiti hövzə ətrafında yerləşən dövlətlərin birgə əməkdaşlığına böyük töhfədir. Bu sammitdə Xəzər dənizinin statusunun müəyyən olunması üçün sahilboyu dövlətlərin xoş niyyəti və əməkdaşlıq imkanları bir daha təsdiq olundu. Azərbaycan həmişə Xəzər dənizin sülh və əməkdaşlıq dənizi olmasını bəyan edib. Rəsmi Bakı dənizin ədalətli bölünməsinin və su səthinin birgə istifadə olunmasının tərəfdarı kimi çıxış edib".
Millət vəkili sammitdə müzakirə mövzusu olmuş bəzi detallar bir daha nəzərdən keçirildiyini xatırlatdı: "Azərbaycan bəyan etdi ki, dənizin dibinin orta xətt üzrə bölünməsini dəstəkləyir. Bununla yanaşı sammitdə dənizin unikal mühitininin qorunması, Xəzərin bialoji müxtəlifliyi ilə bağlı aparılmış müzakirələr də son dərəcə aktual idi. Dövlət başçılarının imzaladığı sazişlərdə dənizdə tərəfdaş olan ölkələrin birgə işini koordinasiya edən qurumun yaradılması da diqqətçəkən fakt oldu. Birgə bəyənatda əks olunan digər tezis sahilyanı dövlətlər bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunmasının vacibliyi haqqında bənddir. Prezident İlham Əliyevin sammitdəki çıxışı rəsmi Bakının Xəzərin statusu ilə bağlı Azərbaycanın tutduğu mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş edirdi".
Fuad Muradov AMOR-un 5-ci konfransının işində iştirakıdan da söhbət açıb: ""AMOR: dialoq və fəaliyyət" adlanan bu tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Moskvadakı səfirimiz Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının, Federasiya Şurasının, Moskva hökumətinin nümayəndələri və Rusiyanın ali məktəblərində oxuyan tələbələr iştirak edirdi. Leyla xanım öz çıxışında AMOR-un 7 illik fəaliyyəti dönəmində həyata keçirilən tədbirlər barədə danışdı. Qeyd edim ki, təşkilatın məqsədi azərbaycanlı gəncləri birləşdirmək, onların rus cəmiyyətinə inteqrasiyasına kömək etmək, onların ideyalarını dəstəkləməkdir. Hazırda Rusiyada AMOR-un 70 regional şöbəsi fəaliyyət göstərir. Təşkilatın hədəfləri çoxşaxəlidir. Məsələn, AMOR 3 ildir ki, ətraf mühiti qorumaq üçün İDEA adlı kampaniya aparır. Bunun üçün müxtəlif sərgilər, tədbirlər keçirir, filmlər çəkir. Çox xoşdur ki, AMOR-un dəvəti ilə rus tələbələri Azərbaycana gəlir, bizim mədəniyyətlə yaxından tanış olurlar. Konfransda vurğulandı ki, AMOR əsas hədəflərindən biri tolerantlıqdır. Tolerantlıq Azərbaycan kültürünün bir normasıdır və dünyada çox az belə nümunələr var. Bütün bunlar barədə ətraflı danışldı. AMOR Rusiyadakı azərbaycanlı gəncləri birləşdirməkdə çox böyük rol oynayır".
Çox böyük iftixar hissi ilə vur?ulandı ki, gələn il Bakıda 1-ci Avropa Oyunları keçirləcək, 2016-cı ildə isə Şahmat Olimpiadası baş tutacaq. Bütün bunlar ölkəmizin gücünün və etimadının bariz təcəssümüdür. Qeyd edim ki, Azərbaycan dövləti hər zaman ölkədən kənarda fəaliyyət göstərən gənclər təşkilartlarını dəstəkləyib. Bu baxımdan AMOR-un həyata keçirdiyi bütün tədbirlər Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə söykənir.

Elnur Eltürk