“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
22 İyul 2020 10:13
1 554
İyul ayının 12-də Tovuz istiqamətində erməni təxribatı nəticəsində yaşayış məntəqələrində yaşayan mülki əhalinin əmlakına, dövlət və bələdiyyə əmlakına, infrastruktura ziyan dəyib.
Tovuz təxribatının nəticəsində dəymiş ziyanın aradan qaldırılması, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi istiqamətində dövlətimiz hər zaman olduğu kimi tədbirlər görməyə başlayıb. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Prezident tərəfindən şəhid general Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə mənzillər təqdim olunub: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun nümayəndələri şəhidlərin ailələrini ziyarət edib, yerindəcə problemləri ilə maraqlanıb. Bildirilib ki, Tovuz hadisələrində şəhid olmuş hərbçilərin ailələri Heydər Əliyev Fondu tərəfindən daima qayğı ilə əhatə olunacaq.
Bununla yanaşı Tovuz təxribatı zamanı mülki əhaliyə, dövlət və bələdiyyə əmlakına, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən dərhal işçi qrupu yaradılb. Artıq sərəncamın icrasına başlanılıb. Qısa bir zamanda əhalinin zərər çəkmiş əmlakının qiymətləndirilməsi aparılıb və vəsait ayrılaraq qısa bir zamanda düşmən təxribatının fəsadları aradan qaldırılacaqdır.
Bu, düşmən təxribatlarına baxmayaraq cəbhə bölgəsində yaşayan insanların öz doğma yurdlarında daha da möhkəm dayanmasına güc verir. Cəbhə bölgəsində yaşayan hər bir vətəndaş bilir ki, düşmən onun əmlakına hər hansı zərər yetirərsə, dövlət onun yanındadır. Son illər biz belə sərəncamların imzalanmasını Aprel döyüşləri zamanı, Kürün aşması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpasında da görmüşük. Cənab İlham Əliyev prezident seçiləndə demişdi ki, “mən hər bir vətəndaşın prezidenti olacağam”. Hardasa bir vətəndaşımızın evi erməni təxribatından və ya təbii fəlakətdən zərər çəkirsə, cənab Prezident dərhal o vətəndaşın yanında olur. Təbi ki, dövlətin atdığı belə addımlar xalqla iqtidar birliyini gücləndirir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə oralarda da yenidənqurma işlərinin qısa bir zamanda icra olunmasına, yeni sərəncamlar imzalanmasına imkan verəcək”.
2 Noyabr 18:46
1 085
2 Noyabr 11:24
1 246
1 Noyabr 17:13
1 708
