DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib - VİDEO
Vətən müharibəsindən bəhs edən "44" filminin çəkilişləri başa çatıb - FOTO
İndoneziyanın Semeru vulkanı püskürərək 4,7 kilometr hündürlüyə kül püskürüb
“AzerGold” Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edib
Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
23 İyul 2020 10:07
1 890
ABŞ-ın İllinoys ştatının Çikaqo və ətrafyani şəhərlərinin Azərbaycan icmasının üzvləri Skoki şəhərində erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə Skoki şəhərinin mərkəzində yürüş keçiriblər.
Aksiyada təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib. Aksiya zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın Dövlət Himnini ifa ediblər.

