Lavrov: “Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini bundan sonra da davam etdirəcək” Siyasət

Lavrov: “Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səylərini bundan sonra da davam etdirəcək”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ətraflı fikir mübadiləsi apardıq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bundan sonra da həm milli formatda, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri çərçivəsində səylərini davam etdirəcəyini deyib.

“Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”, - deyə Rusiyanın baş diplomatı bildirib.