Azərbaycanlı jurnalistlər ərəb mediasına Gəncə terrorundan danışıblar Siyasət

Azərbaycanlı jurnalistlər ərəb mediasına Gəncə terrorundan danışıblar

Səudiyyə Ərəbistanı və Misir mətbuatında Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə yazı dərc olunub

Səudiyyə Ərəbistanının Garbnews.net və Misirin nile1.com informasiya agentliklərində Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə yazı dərc olunub. Səudiyyə Ərəbistanın Garbnews.net informasiya agentliyinin əməkdaşı Alaa Elsayedin müəllifliyi ilə işıq üzü görən, Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə tədqiqatçı Elnur Eltürkün fikirləri əsasında hazırlanmış yazıda erməni vandalizmindən, Gəncədə törədilən terror aktları nəticəsində uşaqlar və qadınlar daxil olmaqla mülki əhalinin qətlindən söhbət açılır.
Misirin nile1.com İnformasiya Agentliyi “Azərbaycandan iki şahid: Ermənistan təxribatlarını davam etdirdi, son sülh danışıqlarına mane oldu və silahsız mülki insanları bombaladı” başlıqlı və “Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirildi” yarımbaşlığı ilə verilən yazıda Səudiyyə Ərəbistanı xalqına Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı Əli Zülfüqaroğlu və Elnur Eltürkün açıqlamaları əsasında ətraflı məlumat verilib. Misirli jurnalist Mahmud Diabın qələmə aldığı yazıda erməni terroru geniş şəkildə işıqlandırılıb.
Yazını olduğu kimi təqdim edirik:
-Azərbaycan dövlətinin ərazisi olan Dağlıq Qarabağda vəziyyət hələ də alovlanmaqdadır. Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında razılaşmaya baxmayaraq, Ermənistan döyüş bölgəsindən çox uzaq, Azərbaycanın içərisindəki yaşayış yerlərini orta və uzun mənzilli ballistik raketlərlə bombaladı.
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin bombalanması, mülki obyektlər və yaçayış binalarındakı maddi itkilərlə yanaşı, onlarla insanın ölümü və yaralanmasına səbəb olduğu üçün son dövrin ən böyük terror aktlarındandır.
Nil Xəbərlər saytı, orada baş verənlərin şahidi olaraq iki azərbaycanlı jurnalistlə söhbət etdi. “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfiqaroğlu dedi ki, ölkəsi Ermənistanı işğal etdiyi torpaqları boşaltmağa çağırsa da Ermənistan bunu etmədi və Azərbaycan ərazilərinə hücuma keçdi. İşğal olunmuş ərazilər ölkənin ümumi ərazisinin 20% -ni təşkil edir. Ermənistan təxribatlarını davam etdirdi və son dövrlərdə Moskvada baş tutan sülh danışıqlarına mane oldu. Həmişə olduğu kimi qeyri-konstruktiv mövqe nümayiş etdirdi və mülki insanların yaşadığı ərazilərdə Azərbaycana ağır silahlarla atəş açmağa başladı.
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalı olduğunu, lakin İrəvanın bu qərarlara məhəl qoymadan işğalını davam etdirdiyini bildirdi.
İlk terror aktının 11 oktyabr saat 2-də baş verdiyini, beşi qadın olmaqla on nəfərin öldüyünü, 10-u qadın və 9-u uşaq olmaqla 34 nəfərin yaralandığını bildirdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici KİV-lərə bu hadisə ilə bağlı məlumat verdi. H.Hacıyev Azərbaycanda işləyən xarici diplomatları "Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktına" şahid olmaq üçün Gəncə şəhərinə səfərə dəvət etdi.
Azərbaycanlı jurnalist Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətə məhəl qoymadığını və Gəncə şəhəri daxil olmaqla digər mülki yaşayış yerlərinə də daha böyük dağıdıcı gücə malik raketlərlə zərbələr endirməyə davam etdiyini bildirdi.
Oktyabrın 17-də gecə saat 1 radələrində Gəncənin mərkəzi hissələrini daha çox dağıdıcı gücə malik raketlərlə atəşə tutdu. İnsanların yaşadığı binalar yerlə bir oldu. Nəticədə 13 nəfər həyatını itirdi, 48 nəfər xəsarət aldı.
Həyatını itirmiş insanlardan 4-ü qadın, 3-ü isə azyaşlıdır. Xəsarət almış mülki şəxslərdən isə 20-si qadın, 5-i azyaşlıdır. Bundan başqa, 2 uşaq itkin düşüb.
Sərbəst jurnalist və tədqiqatçı Elnur Eltürk isə deyir ki, Azərbaycanın Baş Prokurorluğundan verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək aralarında uşaqlar və qadınlar olmaqla 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb: “Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1981-dir. Bu rəqəmlər hər gün artmaqdadır.
Bütün bunları Ermənistan törətdiyi halda erməni lobbisi yenə də xarici mediada yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu insanlıqdan kənar hadislərdən, mülki insanlara qarşı törədilən terror aktından yayındırmağa çalışıdı.
Bütün bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var...
Elnur Eltürk əlavə etdi ki, Ermənistan bütün bunları edərkən erməni lobbisi bir daha xarici mediada yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətin diqqətini bu qeyri-insani hadisələrdən və mülki şəxslərə qarşı terror aktlarından yayındırmağa çalışdı”.
Ekspert “bütün bunların təkcə Azərbaycana qarşı deyil, həm də insanlığa qarşı yönəlmiş bir terror aktı” və bu səbəblə bu gün dünyada bir çox münaqişə ocağının olduğunu vurğulayaraq “Ermənistanın əhaliyə qarşı törətdiyi mülki insanları hədəf bu terror aktı çox təhlükəli bir tendensiyadır”, - deyə bildirdi.
Elnur Eltürk beynəlxalq ictimaiyyəti, xüsusən də xarici medianı dünyada presedent yaradan bu vəhşiliklərin başqa yerdə təkrar olunmamasını gözardı etməməyə çağırdı və əlavə etdi: “Bu hadisəni daha çox işıqlandırmağa və həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmağa ciddi ehtiyac var...”.
Yazılara bu linkdən daxil olmaq mümkündür.
https://garbnews.net/news/s/176154

https://www.nile1.com/%D8%B4%D8%A7%D9%87%D8%AF%D8%A7-%D8%B9%D9%8A%D8%A7%D9%86-%D9%85%D9%86-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A3%D8%B1%D9%85%D9%8A%D9%86%D9%8A%D8%A7-%D9%88%D8%A7%D8%B5%D9%84%D8%AA-%D8%A7/