“Azərbaycanı qaralamaq istəyirlər” Siyasət

“Azərbaycanı qaralamaq istəyirlər”

Qüdrət Həsənquliyev: "Ölkəmizi haqsız yerə tənqid edənlərin məqsədi Azərbaycanın nüfuzuna zərbə vurmaqdır"

"Azərbaycanı tənqid edənlər Azərbaycanın beynəlxalq nüfuzuna ziyan vurmaq, onu qaralamaq istəyirlər".
Bunu Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, bəzi Avropa təşkilatları Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir: "Mən özüm axırıncı dəfə "Avronest" Parlament Assambleyasının plenar iclasında iştirak etdim, orada bizim parlamentin qətnaməsini səsləndirdim. Bildirdim ki, Ermənistan 1 milyondan çox insanı evindən-eşiyindən didərgin salıb, onlar 20 ildən artıq acınacaqlı vəziyyətdə yaşayırlar, Azərbaycanın 20%-dən artıq ərazisini işğal ediblər, siz buna reaksiya vermirsiniz, amma 5-6 nəfər barəsində iddia edirsiniz ki, əsassız olaraq həbs ediliblər. Hansı ki, hələ barələrində istintaq gedir, son sözü məhkəmə deyəcək. Azərbaycanı haqsız yerə tənqid edənlərin məqsədi ölkəmizin nüfuzuna zərbə vurmaqdır".

XC