10:01
525
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 2 milyard dollar olan 20 minədək raket istiqamətləndirmə dəstinin mümkün satışını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
İstiqamətləndirmə dəstləri ilə yanaşı, Vaşinqton Ər-Riyada LAU-131 A/A buraxılış qurğuları, "Mk-152" döyüş başlıqları, həmçinin digər avadanlıq və sistemlər də daxil olmaqla, müvafiq maddi-texniki təminat vasitələri tədarük etməyə hazırdır.
Məryəm Quliyeva