11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
25 Noyabr 2020 12:11
1 498
Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciətlər göndərilməkdədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya–Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizn Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur.
"Onların adları Musayev Amin, Rüstəmov Ruslan və Kərimov Bayramdır. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər", - deyə məktubda vurğulanıb.
BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.
11 İyul 20:34
1 421
11 İyul 20:33
1 071
11 İyul 20:32
1 442