Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib Siyasət

Azərbaycan prezidenti ABŞ dövlət katibinin müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.
Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.
Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.