ABŞ Ukraynaya niyə "Patriot" vermir? Dünya

ABŞ Ukraynaya niyə "Patriot" vermir?

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Ukraynaya təcili "Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verilməsini xahiş edib.

Bəs ABŞ raketləri Ukraynaya niyə verməkdən imtina edir?

Ukraynalı hərbi ekspert İvan Stupak xalqcebhəlesi.az-a deyib :

"Üç izah mövcuddur və bunlar bir-birini istisna etmir:

1. Lazımi sayda raketin fiziki çatışmazlığı. Qlobal illik istehsal cəmi 600–700 ədəd civarındadır, halbuki təkcə Ukraynanın qış mövsümü üçün 300 raketə ehtiyacı var.

2. ABŞ-nin bu raketləri Yaxın Şərqdəki müttəfiqlərinə (altı monarxiya və İsrail) tədarük etmək zərurəti. Onlar son vaxtlar (2026-cı ilin fevralından bəri) öz ehtiyatlarını xeyli dərəcədə tükədiblər.

3. Tramp ilə Zelenski arasındakı çox gərgin şəxsi münasibətlər də Rusiya ballistik raketlərini zərərsizləşdirmək üçün istifadə olunan bu raketlərin bizə çatdırılma sürətinə təsir göstərir".

Cavid