ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
10:12
441
Putin yaxşı bilir ki, Zelenski heç vaxt onun ayağına getməyəcək, ona görə belə təkliflər ortaya atılır ki, dünya ictimaiyyəti Rusiyanın müharibəni sülh yolu ilə həllinə çalışır.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov müsahibəsində bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşüb danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər.
Uşakov qeyd edib ki, Zelenski Putinlə görüşməyə hazır olması barədə müxtəlif kanallar vasitəsilə mesajlar göndərir.
“Əgər bu qədər danışmaq istəyirsə, gəlsin”, – deyə Uşakov bildirib.
F.Kərimov deyib ki, tərəflər müharibə aparmaqdan beziblər: "Hər iki tərəf sülhün əldə olunmasını istəyir, lakin masaya eyni vaxtda əyləşmək istəyirlər, yəni biri digərinə güzəşt etmək, "əyilmək" istəmir. Xüsusən də Putin, Rusiya kimi qüdrətli bir dövlət başçısı kimi Zelenskinin onun ayağına gəlməsini istəyir. Zelenski isə buna getmədiyindən danışıqlar baş tutmur. Heç neytral bir ölkədə də".
Cavid