Beyləqanda ustanı cərəyan vuraraq öldürüb Hadisə

Beyləqanda ustanı cərəyan vuraraq öldürüb

Beyləqan rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə oktyabrın 31-də Mil qəsəbəsinin ərazisində baş verib.

Orada yerləşən yarımtikilidə usta işləyən Birinci Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Rəhman Hacızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
R.Hacızadə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Araşdırma aparılır.