ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
10:32
448
Belçika Baş naziri Bart De Vever hökumətin büdcə ilə bağlı razılığa gələ bilməməsi səbəbindən 2 noyabrda Kral Filipplə görüşdə istefa verə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "De Standaard" qəzeti məlumat yayıb.
Nəşrin qiymətləndirməsinə görə, Belçikanın federal hökuməti "dərin böhran içindədir". Nazirlər Şurasının məhdud tərkibdə iclası bazardan bazar ertəsinə keçən gecə 2029-cu ilə qədər 10 milyard avronun ayrılması ilə bağlı razılıq əldə olunmadan başa çatıb. Qəzet qeyd edir ki, Baş nazir bazar ertəsi kral sarayına yollanacaq. De Veverin bu görüşdə istefa vermək istədiyi, yoxsa krala hökumətin böhranda olduğunu bildirəcəyi hələlik bəlli deyil.
Baş nazirin müavinlərindən biri "Le Soir" qəzetinin jurnalistlərinə müsahibəsində Baş nazirin bazar ertəsi kral ilə görüşəcəyini təsdiqləyib. "Ümid edirəm ki, bu, tərəfdaşlar üçün özünəməxsus bir "elektroşok" rolu oynayacaq, onların əhval-ruhiyyəsini dəyişəcək və bazar ertəsindən çərşənbə axşamınadək olan müddətdə razılığa gəlmək üçün son cəhdi etməyə imkan verəcək. Əks halda bizi dərin böhran gözləyir", - deyə nəşrin həmsöhbəti qeyd edib.
Qəzetin yazdığına görə, kralın Baş nazirin istefasını qəbul edəcəyi, yoxsa böhranın növbəti nizamlanması üçün vaxt verəcəyi hələ ki aydın deyil. Hər halda, nəticə görüşün yekunlarından asılı olacaq, deyə nəşrdə bildirilir.
Məryəm Quliyeva