Rusiya girovlarla bağlı məsələyə yenidən münasibət bildirib Siyasət

Rusiya girovlarla bağlı məsələyə yenidən münasibət bildirib

Aleksandr Lukaşeviç: "Bu məsələ erməni həmkarlarımızla müzakirə olunacaq"

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan hərbçiləri tərəfindənKəlbəcərdə girov götürülmüş Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovla bağlı məsələyə yenidən münasibət bildirib.
APA-nın Moskva müxbirinin "Yanvar ayında Rusiya XİN başçısı Sergey Lavrovun Dilqəm Əsgərovla bağlı məsələnin erməni tərəfi ilə müzakirə olunacağını bildirməsindən bir ay keçir. Erməni tərəfi ilə danışıqlarda hansısa nəticə varmı" sualına Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç belə cavab verməklə kifayətlənib: "Nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ erməni həmkarlarımızla müzakirə olunacaq".