“Biz hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik” Siyasət

“Biz  hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik”

Avropa İttifaqı Şurasının prezidenti: "Bizim tərəfdaşlığımız, Aİ-nin özünün qurulduğu kimi, addım-addım irəliləyəcək və biz səylərimizi, əsasən, islahatlara yönəldəcəyik"

Riqada keçirilən IV "Şərq Tərəfdaşlığı" sammitinin rəsmi hissəsi dünən Milli Latviya Kitabxanasının binasında işini davam etdirib. Sammit iştirakçıları "Şərq Tərəfdaşlığı" proqramının həyata keçirilməsi, eləcə də onun inkişaf perspektivlərini müzakirə ediblər.
Azərbaycanı sammitdə Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil ediblər. Sammidә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir.
Xatırladaq ki, 2009-cu ildə Praqada fəaliyyətə başlayan "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşması məqsədini daşıyır.
Sammitdə Avropa İttifaqının (Aİ) keçmiş SSRİ ərazisində münaqişələrin həllində rolu barədə bəyannamə qəbul edilib. Sənəddə dondurulmuş münaqişələrin nizamlanması barədə bölmə razılaşdırılıb, sammit Aİ-nin bu prosesdə rolunun güclənməsini alqışlayır.
"Riqada keçirilən "Şərq tərəfdaşlığı" sammitinin bəyannamə layihəsində Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olma ehtimalı ilə bağlı fikir yoxdur". Bu barədə Brüsselin "Euobserver" internet-qəzeti xəbər verib. Xəbərdə deyilir: "Sammitin bəyannaməsinə görə iştirakçılar gələcək üzvlük perspektivi olmadan "Avropaya yönəlməyi və əlaqədar tərəfdaşların Avropa seçimini etiraf edir".
Bununla yanaşı, Aİ hökumətinə yaxın mənbənin məlumatında deyildiyi kimi, ittifaqın aparıcı ölkələrinin liderləri açıq-aşkar bildiriblər ki, Riqada bu gün üçün "Şərq tərəfdaşlığı" iştirakçılarının hesabına Aİ-nin genişləndirilməsi məsələsinə baxılmır, ancaq uzunmüddətli perspektivdə "heç nə istisna edilmir".
Qeyd edək ki, Latviya prezidenti Andris Berzinş "Şərq Tərəfdaşlığı"nın Riqada keçirilən sammitinə gələn dövlət və hökumət rəhbərlərini qəbulu edərkən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramını gələcəyin siyasəti adlandırıb.
"Şәrq tәrәfdaşlığı" sammitinin plenar iclası öncәsi açıqlamasında Avropa İttifaqının xarici әlaqәlәr üzrә ali nümayәndәsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib ki, ölkәlәr arasında fәrqliliklәr olsa da, bu gün bütün tәrәfdaş ölkәlәrlә әlaqәlәr Avropa İttifaqı üçün vacibdir.
F. Mogerini xatırladıb ki, layihәyә qoşulan 3 ölkə ilә assosiasiya sazişi imzalanıb: "Digәr 3 ölkә ilә әmәkdaşlığın bir sıra sahәlәri üzrә tәrәfdaşlığı dәrinlәşdirmişik. Bu gün tәrәfdaşlığımız әla sәviyyәdә olmasa da, hәr iki tәrәf üçün faydalıdır".
Latviyanın baş naziri Laimdota Strauyuma isə "Şәrq tәrәfdaşlığı" layihәsinin güclü layihә olduğunu bildirib. O qeyd edib ki, bu layihә әmәkdaşlıq layihәsidir vә kimәsә, yaxud nәyәsә qarşı yönәlmәyib: "Sammitdә ticarәt, mobillik, iqtisadiyyat vә digәr mәsәlәlәr müzakirә olunacaq. Avropa Komissiyası ilin sonuna kimi layihә ilә bağlı hesabat tәqdim edәcәk. Gürcüstan vә Ukrayna bütün meyarlara әmәl etsә, gәlәn ildәn onlar üçün vizasız rejim tәtbiq edilә bilәr".
"Şərq Tərəfdaşlığı"nın sammitində iştirak edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə Rusiyaya qonşuları üçün daha cəlbedici olmağı məsləhət görüb. "Mən "Şərq Tərəfdaşlığı"nın Rusiyaya qarşı yönəldiyini bəyan edənlərə cavab vermək istərdim. Bu belə deyil. "Şərq Tərəfdaşlığı" Rusiya və Aİ arasında gözəllik müsabiqəsi deyil. Lakin, səmimi deyim ki, gözəllik faktorunu da nəzərə almaq lazımdır. Əgər Rusiya daha yumşaq, cazibədar, cəlbedici olsaydı, o öz çatışmazlıqlarını qonşuları barəsində bu cür destruktiv və təcavüzkar addımlarla əvəzləməzdi".
Bununla belə, Avropa İttifaqı Şurasının prezidenti bildirib ki, Aİ-nin genişləndirilməsinə dair qərarın tezliklə qəbul edilməsinə çox da böyük ümid bəsləmək gərək deyil.
"Biz hamımız səbirsizliklə dəyişikliklərin olmasını gözləyirik, lakin mən əminəm ki, biz hələ də strateji təmkinliyimizi möhkəmlətməliyik. Riqa sammiti böyük irəliləyişlərin elan etdirilməsinə həsr olunmayacaq. Bizim tərəfdaşlığımız, Aİ-nin özünün qurulduğu kimi, addım-addım irəliləyəcək və biz səylərimizi, əsasən, islahatlara yönəldəcəyik", deyə Tusk qeyd edib.
Qeyd edək ki, Slovakiya, Rumıniya və Bolqarıstan Riqada "Şərq tərəfdaşlığı" sammitində "Eastring" qaz kəmərinin tikintisi üzrə birgə bəyannamə imzalayıb. Qaz kəməri Mərkəzi və Şərqi Avropanı birləşdirəcək.
Bəs "Şərq Tərəfdaşlığı" Proqramının tərəfdaş ölkələri bu sammitdən nə əldə edə bilərlər? "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənovun fikrincə, Azərbaycanın Riqa sammitindən ciddi bir gözləntisi yoxdur: "Azərbaycan "Şərq Tərəfdaşlığı" Proqramına qoşulan zaman Avropa Birliyi ilə enerji təhlükəsizliyi ilə bağlı ayrıca sənəd imzaladı. Təbii ki, bu ölkə enerji sahəsində vacib partnyor statusuna malik olduğunun nümunəsi kimi dəyərləndirilir. Başqa sahələrdə əməkdaşlığa həvəslə can atmayan Azərbaycan onunla fərdi olaraq "strateji əməkdaşlıq" müqaviləsinin imzalanmasında təkid edir". Təhlilçi qeyd edir ki, Azərbaycan Ukrayna və Gürcüstanın tələsik addımlarından sonra hansı sonluğun olduğunu əsas götürərək, "Şərq Tərəfdaşlığı" Proqramı ilə əməkdaşlığı fərdi qaydada razılaşma əsasında qurmaq istəyir: "Azərbaycan həm də bu əməkdaşlığın yaxın qonşusu olan Rusiyaya qarşı yönəldilməsində də maraqlı deyildir. Lakin, Azərbaycan faktiki olaraq neft və qaz layihələrinin əsas hədəfi kimi Avropa ölkələrini seçməklə Rusiyanın həmin bazara təsirini azaltmağa ən böyük töhfə verir. Elə ona görədir ki, Azərbaycan hökuməti "Şərq Tərəfdaşlığı" Proqramında əvvəlcədən müəyyən olunmuş formada bütün üzvlər üçün nəzərdə tutulan "Assosiasiya Razılaşması" əsasında əməkdaşlığı öz xeyrinə dəyişməyə cəhd edir. Ölkə özünün enerji təhlükəsizliyi sahəsində strateji yerini yaxşı başa düşdüyündən siyasi inteqrasiyanı sərfəli şərtlər əsasında qurmağa can atır. O üzdən, bu sahədə tələsik addım atmağa meylli deyil", - Əvəz Həsənov bildirir