Erməni ekspertdən acı etiraf Siyasət

Erməni ekspertdən acı etiraf

"Qarabağ qələbəsinin heç bir mənası qalmayıb"

Bu gün Ermənistanda Dağlıq Qarabağa mənfi münasibət var. Bu barədə siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan canlı teleefirdə bildirib.
"İndi 88-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə çoxları Qarabağ mənşəli prezidentləri və 1 martı gördülər. Yəni inanamayın ki, Qarabağın başına bir iş gələrsə, onu müdafiə etmək üçün İrəvanda 100 minlik nümayiş yığılacaq",- deyə Armen Badalyan 1 mart 2008-ci ildə indiki prezident Serj Sarkisyanın hakimiyyətə gəlməsini xatırladıb.
Hakimiyyətdə olan qarabağlı prezident Robert Koçaryan seçkiləri saxtalaşdıraraq öz yerini həmyerlisi Serj Sarkisyana ötürdü. Seçkiləri udmuş Levon Ter-Petrosyanın qələbəsini isə tanımadı. Robert Koçaryanın adamları etiraz mitinqinə çıxmış adamlara güllə atdı və nəticədə 8 nəfər dünyasnıı dəyişdi. Nəticədə Ermənistandan yerli ermənilərin köçü başladı, 1 ildə 800 minə yaxın adam bu ölkənin vətəndaşlığından çıxdı.
"Xalq ikinci prezident Robert Koçaryanı, üçüncü prezident Serj Sarkisyanı, onun qardaşlarını gördü, onların hamısının qarabağlı olduğunu da gördü. Əgər siz Şuşanın üzərində Azərbaycan bayrağı görsəniz, 100 minlik nümayiş gözləməyin. Bəlkə də, daşnaklar mitinq keçirib, bir neçə yüz adam yığacaqlar. Amma Qarabağ qələbəsinin heç bir mənası qalmayıb",- deyə Armen Badalyan vurğulayıb.