Livan İraqa Hörmüz boğazından yan keçən neft tranzit marşrutu təklif edib Dünya

Livan İraqa Hörmüz boğazından yan keçən neft tranzit marşrutu təklif edib

Livan İraqa Hörmüz boğazından yan keçməklə neft tranziti üçün alternativ marşrut təqdim etmək təklifi ilə çıxış edib. Təşəbbüs Livan ərazisindən Aralıq dənizinə əlavə çıxış kimi istifadə olunmasını nəzərdə tutur.

Xalqcebhesi.az xəbər verir ki, "The National" nəşrinin məlumatına görə, layihə Suriya ərazisindən keçən və Livanın Tripoli limanına qolu olan tarixi Kərkük — Baniyas neft kəmərinin infrastrukturunun bərpasını və genişləndirilməsini nəzərdə tutur.

Livanın energetika naziri Co Saddi keçirilən danışıqları müsbət qiymətləndirib və layihənin reallaşdırılması perspektivlərini qiymətləndirəcək birgə işçi qrupunun yaradıldığını bildirib.

Məryəm Quliyeva