İran və Oman Hörmüz boğazından keçid haqqını müəyyənləşdirmək niyyətindədir Dünya

İran və Oman Hörmüz boğazından keçid haqqını müəyyənləşdirmək niyyətindədir

İran və Oman Hörmüz boğazından keçən Qərb ölkələrinin gəmilərindən nə qədər haqq tutacaqları ilə bağlı qərar qəbul edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

"Bu məsələ ilə bağlı İran və Oman danışıqlar aparır. İslam Respublikasının hakimiyyət orqanlarının və XİN-in qeyd etdiyi kimi, biz Omanla birgə Hörmüz boğazının təhlükəsizliyi və gəmilərin oradan keçid rejimi ilə bağlı qərarlar qəbul edirik", — deyə diplomat bildirib.

"Boğazdan keçid xidmətlərinə görə kompensasiya və onların dəyəri danışıqlarımızın mövzusudur. Gələcəkdə bu məsələlərlə bağlı müvafiq qərar qəbul ediləcək", — deyə o əlavə edib.

Məryəm Quliyeva