Qarabağ xanlığının inzibati ərazi quruluşu və idarəçilik sistemi Layihə

Qarabağ xanlığının inzibati ərazi quruluşu və idarəçilik sistemi

3-cü yazı

Çiləbörd mahalında 8 kənddə 201 (127-si vergiödəyən, 74-ü ödəməyən) ailə yaşayırdı. Ən iri kəndləri 88 ailənin yaşadığı Kisabet və 36 ailənin yaşadığı Naxçivanik idi. Mahal sakinləri başlıca olaraq əkinçiliklə, qismən də maldarlıqla, habelə bağçılıqla, Yenkencə kəndinin sakinləri sənətkarlıqla, o cümlədən silahqayırma ilə məşğul olurdular. Mahalda yalnız xristianlar yaşayırdı. Xəzinəyə ildə 2205 manat (1822-ci ildə cəmi 1269 manat) və 185 əşrəfi məbləğində vergi və ödənişlər toplanırdı. Mahalın bir çox kəndlərini məlik Oqanes, Naxçivanik kəndini isə Əsri bəy idarə edirdi.
Dizaq mahalı qərbdə Həkəri çayı və Kültəpədən başlayaraq şərqdə Maltəpəyə kimi, cənubda Araz çayından başlayıb Xurat dağma kimi uzanırdı. Mahalın torpağı çox məhsuldar olduğundan burada yaxşı pambıq, çəltik və taxıl yetişdirilirdi. Mirzə Yusif Qarabağinin yazdığına görə, Dizaq məlikləri gəlmə, onlarm əsli isə Anadoludan idi. Dizaq məliyi Yegan Nadir şahın böyük etimadını qazanmış, buna görə şah bütün məliklərin vəkilliyini ona tapşırmışdı.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, mahalın 16 kəndində 288 (110-u vergiödəyən, 178-i ödəməyən) ailə məskunlaşmışdı. Ən iri kəndləri 70 ailənin yaşadığı Hadrut və 78 ailənin yaşadığı Tuğ idi. Mahal sakinləri taxılçılıqla və qismən maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə ipək mələfə vergisinin ödənilməsi sakinlərin toxuculuqla məşğul olduğunu göstərir. Cuvarlı kəndinin sakinləri xan şahinlərinə qulluq etməklə məşğul idilər. Mahal üzrə xəzinəyə 1822-ci ildə 6746 manat 2 qəpik və 214 əşrəfi məbləğində vergi və ödəniş daxil olmuşdu. Əhalinin əksəriyyəti xristianlardan ibarət idi, 6 ailənin yaşadığı yalnız bir azərbaycanlı kəndi vardı. Üstəlik, Tuğ kəndində xristianlarla yanaşı, 4 müsəlman ailəsi də yaşayırdı. Mahal üzrə müsəlmanlar əhalinin 3,47 %-ni təşkil edirdi. Dizaqı məlik Aslan idarə edirdi.
"Müfəssəl dəftər"ə görə, Dizaq nahiyəsi birbaşa Gəncə-Qarabağ bəylərbəyliyinə tabe idi. Nahiyənin ən böyük kəndləri 79 qeyri-müsəlman kişinin qeydə alındığı Tağan, 73 qeyri-müsəlman kişinin qeydə alındığı Tuğ, 62 azərbaycanlı vergi ödəyicisinin yaşadığı Cəbrayıllı, 88 qeyri-müsəlman kişinin qeydə alındığı Hadrud, 30 nəfər azərbaycanlı kişinin yaşadığı Marulyan kəndi idi. Nahiyənin Əyri, Kənak, Kürzandı, Dövlətyar, Xəlifəşahlı, Məzrə, Bulataq, Oxçu, Xırdaxaç, Namxeş, Həkərim, Xırman cıq, Makladərə, Nurkişi, Zimmi Çocay, Vəng, Mania, Nureşin, Məlikcan və Çimənək kəndlərində heç kim yaşamır, tarlalarında qonşu kəndlərin sakinləri dənli bitkilər əkirdilər. Nahiyə sakinləri buğda, arpa, çəltik, darı yetişdirir, maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə ipəkçilik və pambıqçılıq inkişaf etmişdi.
Xaçın mahalının ərazisi cənubda Qarqar çayından başlayıb, şimalda Qabartıda, qərbdə Qırxqız və Mıxtökən dağından şərqdə Bayat meşəsinə qədər uzanırdı. Bu mahal Vərəndə kimi məhsuldar olmasa da, buğda və s. bol yetişirdi. Bəzi yerlərdə çəltik yetişdirilirdi. Mahalın ərazisinin çox hissəsi meşəlik idi. Xaçın mahalında 13 kənddə 230 (99-u vergiödəyən, 131-i ödəməyən) ailə yaşayırdı. Mahal sakinləri taxılçılıqla və qismən maldarlıqla məşğul olurdular. Ən iri kəndləri 36 ailənin yaşadığı Vəngli və 21 ailədən ibarət Mehdikənd idi. Xanlıq ləğv olunan dövrdə mahalda yalnız xristianlar yaşayırdı. Lakin bir sıra kəndlərin adının sırf türk adı olması (Seyidbəy, Mehdikənd və s.) bu kəndlərin əvvəllər azərbaycanlıların yaşadığını sübut edir. Görünür, müəyyən səbəblərə görə azərbaycanlılar nə vaxtsa həmin kəndləri də tərk etmiş və burada xristianlar məskunlaşıblar. Mahalı yüzbaşı məlik Səfər idarə edirdi. Xaçın məlikləri qədim alban nəsli olan Həsən Cəlalin şəcərəsindən idi. Sonralar Pənahəli xan mahala xınzırıstanlı (Xındırıstan - red.) Mirzəxam məlik təyin etmişdi.
"Müfəssəl dəftər"ə görə, o zaman Xaçın nahiyəsi Bərdə livasınm tərkibinə daxil olmuşdu. Nahiyə sakinləri buğda, arpa, çəltik əkir, maldarlıqla məşğul olurdular. Ən böyük kəndləri 41 qeyri-müsəlman kişinin yaşadığı Qazançı və 23 qeyri-müsəlman kişinin qeydə alındığı Xınzırıstan (digər adı Helvi) kəndləri idi. Qanzasar monastrı bu nahiyədə yerləşirdi. Monastrın yerləşdiyi kənd "Yuxarı Külədək" və "Ağvənd" adları ilə tanınırdı. Çiləbörd mahalının ərazisi qərbdə Qırxqızdan başlayıb şərqdə Bərdə və Bayat meşəsinin kənarına qədər, cənubda Xaçın və Qabartı çayından başlayıb şimalda Tərtərçaya qədər uzanırdı. Bu mahalda toxumluq buğda və başqa taxıl məhsulları yaxşı yetişirdi. Çiləbörd məliklərinin əsli Məğavizdən gəlmişdi. Mahal ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən ibarət idi. Çiləbörd məlikləri "Çarmıx" adlı qalada yaşayırdılar. Mahalın məliyi Allahqulu Nadir şahın yanında hərbi xidmətdə olub şahdan sultan titulu almışdı.
"Müfəssəl dəftər"ə görə, Çiləbörd nahiyəsində əhali buğda, arpa, çəltik yetişdirir, maldarlıq, arıçılıq və üzümçülüklə məşğul olurdu. Ən böyük kəndləri 44 nəfər qeyri-müsəlman kişinin yaşadığı Qıssaabad, 47 nəfər qeyri-müsəlman kişinin yaşadığı Yuxarı Qarabəy, 121 qeyri-müsəlman kişinin yaşadığı Aşağı Qarabəy kəndləri idi. Talış (Gülüstan) mahalının ərazisi qərbdə Murov və Gülüstan dağından başlayıb şərqdə Kürün sahilinədək, cənubda Tərtər çayından başlayıb şimalda Gorana qədər uzanırdı. Bu mahalın məlikləri əslən şirvanlı olub Talış kəndində məskən salmışdılar. Məlik Usub Gülüstan qalasını zəbt edib öz iqamətgahı etdikdən sonra bu mahala həm də "Gülüstan məlikliyi" deyirdilər.
Mahal 7 kənddən ibarət idi. Bu kəndlərdə cəmi 245 (143-ü vergiödəyən, 102-si ödəməyən) ailə yaşayırdı. Ən iri kəndlər 77 ailənin yaşadığı Qaraçinar, 92 ailənin yaşadığı Ağcakənd idi. Mahalda başlıca olaraq taxılçılıqla, qismən maldarlıqla məşğul olurdular. Əhali yalnız xristianlardan ibarət idi. Mahal üzrə xəzinəyə ildə cəmi 3546 manat 40 qəpik və 114 əşrəfi məbləğində vergi və ödənişlər daxil olurdu. Ərazini məlik Yusuf idarə edirdi. XVIII əsrin I yarısında Talış və Gülüstan ayrı-ayrı nahiyələr idi. Nahiyənin ən böyük kəndləri 105 qeyri-müsəlman kişinin yaşadığı Nurus və 104 qeyri-müsəlman kişinin yaşadığı Talış kəndləri idi. Üzümçülük və arıçılıq daha çox, maldarlıq nisbətən az inkişaf etmişdi. Nahiyədə buğda, arpa, darı əkilirdi. Ən böyük kəndləri 58 qeyri-müsəlmanın yaşadığı Ağcakənd-Ballıca kəndi və 53 qeyri-müsəlman kişinin yaşadığı Ağcakənd Oğul kəndi idi.
Qarabağ xanlığında mahallarla yanaşı ayrı-ayrı şəxslərin mülkiyyətində olub, mülk sahibləri tərəfindən idarə olunan xeyli ərazilər də var idi. Mehdiqulu xanın arvadı Xanxanım ağaya məxsus 9 kəndin və oymağın 6-sı azərbaycanlı, 3-ü qeyri-müsəlman kəndləri idi. Bu kənd və oymaqlarda cəmi 97 azərbaycanlı və 110 qeyri-müsəlman ailəsi yaşayırdı. Xanxanım ağaya məxsus kəndlərin ən böyüyü 83 ailənin yaşadığı Qaladərəsi və 27 ailənin yaşadığı İreben idi. Bütünlüklə Xanxanım ağaya məxsus mülklərdə 207 ailə yaşayırdı. Kəndləri Xanxanım ağanın təyin etdiyi kəndxudalar və koxalar idarə edirdi. Ümumiyyətlə, xanm qardaşları, bacıları, əmisi uşaqları və xan ailəsinin digər üzvlərinə məxsus 130 kənd və oymaq vardı. Bu kənd və oymaqlarda 2264 (914-ü vergiödəyən, 1350-si ödəməyən) ailə yaşayırdı. Bunlardan 578-i qeyri-azərbaycanlı ailəsi idi.
Bütün bu kəndlər müxtəlif mahallara səpələnmişdi, lakin ərazisinə daxil olduqları mahalların inzibati idarəçiliyindən kənarda qalmış, torpaq sahiblərinin təyin etdiyi kəndxudalar, koxalar və yüzbaşılar tərəfindən idarə edilirdi. Gülməmməd bəyə, onun qardaşı Şirin bəyə, onun oğlu Rüstəm bəyə, Mirzə Cəfərin oğlu Mirzə Sadığa məxsus olan 8 kənd və oymaqda 258 (133-ü vergiödəyən, 125-i ödəməyən) ailə yaşayırdı. Bu ailələrdən cəmi 29-u (11,24%-i) xristian, 2129-u (88,76%-i) isə azərbaycanlı idi. Uğurlu bəyə, Əhməd ağaya, Divanbəyi Məmmədqulu bəyə və divanxana mirzəsi Mirzə Yusifə məxsus 25 kənd və oymaqda 420 (304-ü vergiödəyən, 116-sı ödəməyən) ailə yaşayırdı. Bunlardan 328-i azərbaycanlı, cəmi 92-si (21,90%-i) qeyri-azərbaycanlı idi.
Xanın general Mədətova bağışladığı 10 kənd və 3 oymaqda cəmi 1011 ailə vardı. Mənbədə həmin ailələrin etnik mənsubiyyəti göstərilməyib. Şübhəsiz, 3 oymaqda yaşayan 165 ailə azərbaycanlı idi. Kapitan İsmayıl bəyə, onun əmisi oğlanları Vəli və Nuru bəylərə məxsus 2 kənd və oymaqda cəmi 192 (95-i vergiödəyən, 97-si ödəməyən) ailə yaşayırdı. Bunlardan 165-i azərbaycanh, cəmi 27-si qeyri-azərbaycanlı (27,19%) ailəsi idi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Hacı Ağalar bəyin və Hacı Bəylər bəyin mülkiyyətlərində 15 kənd və oymaq vardı. Bu kənd və oymaqlarda 497 ailə (115-i vergi ödəyən, 382-si ödəməyən) yaşayırdı. Mənbədə bu ailələrdən 387-nin dəqiq azərbaycanlı, 74-nün kürd olduğu göstərilir. İki kənd - Qarakilsə kəndi (20 ailə) və Vişniy Qal kəndi (16 ailə) üzrə etnik mənsubiyyət göstərilməyib. Lakin Qarakilsə kəndində 9 ailənin Əliyanlı oymağından olduğu göstərilir. Qarakilsə kəndinin qalan 2 ailəsi Naxçivandan, Vişni Qal kəndinin 16 ailəsi isə İrəvandan köçüb gəlmişdi. Beləliklə, Hacı Ağalar bəy və qardaşı Hacı Bəylər bəyə məxsus kənd və oymaqlarda əvvəllər əhalinin böyük əksəriyyətini Azərbaycan türkləri (80%-ə yaxm) və qismən (20%-ə yaxın) kürdlər təşkil ediblər. Naxçıvan və İrəvandan köçüb gələnlərin erməni olduğunu nəzərə alsaq xanlığın ləğvinə yaxın bu mülklərdə ermənilərin peyda olduğunu deyə bilərik. Deməli, 1822-ci ildə həmin mülklərdə 387 azərbaycanlı, 83 kürd ailəsi və ola bilsin ki, 27 erməni ailəsi yaşayırmış (77,87%, 16,70%, 5,43%). Səfərəli bəy və qardaşlarının mülkiyyətlərinə 16 kənd və oymaq daxil idi. Bu kənd və oymaqlarda cəmi 233 (183-ü vergiödəyən, 50-si ödəməyən) ailə yaşayırdı. Mənbədə cəmi 142 ailənin yaşadığı 10 kənd və oymağın azərbaycanlı kəndləri, 46 ailənin yaşadığı 4 kəndin xristian kəndi, 2 kəndin isə qarışıq əhalidən ibarət olduğu göstərilib.

Elçin Qaliboğlu