“Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi inandırıcı deyil” Layihə

“Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi inandırıcı deyil”

Ramiyə Məmmədova: “2020-ci il növbəti uğurlu aprel döyüşləri ilə yadda qala bilər”

2019-cu il başa çatır. Bu il də Qarabağın azad olunması istiqamətində aparılan danışıqlar nəticəsiz qaldı. Ermənistan müxtəlif zamanlada status-kvonu saxlamaq üçün bütün vasitələrə əl atdı. Müxtəlif təxribatlar törədərək danışıqlar proisesini pozmaqda maraqlı oldu. ATƏT-in Minsk qrupunun həmsədrlər dövlətlərinin sərgilədiyi qeyri-obyektiv mövqe isə 2020-ci ildə işğal edilmiş ərazilərin sülh yolu ilə qaytarılmasına ümid vermir. Buna misal olaraq Rusiya xarici işlər nazirliyinin bəyanatlarını və Amerika Birləşmiş Ştatlar Senatında qəbul edilən qondarma erməni soyqırımı ilə bağlı qətnamənin miusal göstərə bilərik.
Bütün bunlarla yanaşı daha bir maraqlı məqam Ermənistanın işğal edilmiş ərazilərdə məskunlaşma siyasətinin davam etdirilməsidir.
Politoloq Ramiyə Məmmədova dedi ki, Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, öz həllini tapmır: “2019-cu il sadəcə xarici işlər nairlərinin bir neçə dəfə görüşü və həmsədrlərin səfəri ilə yadda qaldı. Bundan başqa Paşinyanın Qarabağa səfəri, Xankndidə oynaması, populist bəyanatlar verməsi də diqqətdən qaçmadı. Azərbaycan prezidentinin buna cavabı təqdirəlayiqdir və müsbət qarşılanır. “Valday” formunudakı çıxışı misal göstərə bilərik. Amma ümuilikdə götürəndə 2109-cu il Dağlıq Qartabağla bağlı danışıqlar prosesi nəticəsiz oldu. Bu gün torpaqlaırmız işğal altındadır. Bu il yenə də Qarabağı azad edə bilmədik. 2020-ci ildə işğalın aradan qalxacağına inanmıram. Sülh yolu ilə münaqişənin tərəfdarıyıq, amma hər zaman deyirəm ki, Qarabağ probleminin həlli ilk növbədə Azərbaycanın öz əlindədir. Əlbəttə Rusiya Qarabağ münaqişəsində açar dövlət olduğu üçün bu faktoru nəzərə almamağımız mümkün deyil. Azərbaycanla Rusiya arasında bu istiqamətdə danışıqlar intensivləşdirilməlidir. Rusiya təəssüf ki, Ermənistana dəstək verir. Lavrovun son çıxışlarında da gördük ki, Ermənipərəst mövqe nümayiş etdirir. Əlbəttə ki, məsələ ilk öncə Rusiya ilə həll olunmalıdır. 2020-ci ildə danışıqlar davam etdiriləcək. Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi isə inandırıcı deyil. 2106-cı ilin aprel hadisələri bir daha təkrarlana və 2020-ci il belə yadda qala bilər”.
Siyai şərhçi Azər Həsrət dedi ki, müəyyən ümidlər olsa da bizim istədiyimiz nəticə - ədalətli həll istiqamətində hər hansı addım atılmadı: “Halbuki ümidliydik. O baxımdan 2020-ci il üçün də ciddi gözləntilərimizin olduğunu ürəklə deməkdə çətinlik çəkirəm. Lakin istənilən halda ona əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı bu məsələdə nəhayət ki, bizə qarşı olan böyük gücləri neytrallaşdıra biləcək və biz torpaqlarımızın azadlığının şahidi olacağıq”.
Politoloq Əli Qənbərli bildirdi ki, 2019-cu ildə danışıqlar prosesinin inkişafında hər hansı bir real irəliləyiş olmadı: “Baxmayaraq ki bəzi təhlilçilərdə müəyyən ümid var idi. Amma gözlenildiyi kimi bu ümid özunu doğrultmadı. Artıq 2019-cu il də başa çatır. Paşinyanın mövqeyi də bəllidir. Azərbaycan tərəfinin də mövqeyi dəyişməz olaraq qalır. Belə olduğu təqdirdə danışıqlar prosesinin faydasızlığı arqumenti aktuallaşır. Mən 2020-ci ildə də danışıqlar yolu ilə məsələnin həll edilə biləcəyinə inanmıram. Müharibə ehtimalı ümumilikdə hər zaman aktual olub. Lakin 2020-ci ildə müharibə olacağını düşünmürəm”.
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Qarabağ münaqişəsinin həlli istiqamətində 2019-cu ildə aparılan danışıqlarda heç bir nəticə əldə edilmədi: “ATƏT-in Minsk qrupunun həmsədrləri demək olar ki, il ərzində irəliyə addım atacaq prosesə imza ata bilmədilər. Ümumiyyətlə Minsk qrupunun vasitəçiliyi heç etimad mühitinin formalaşmasına və humanitar missiyanın yerinə yetirilməsinə nail ola bilmədi. Yalnız cəbhədə atəşkəsin qorunması Azərbaycan və Ermənistan liderlərinin vasitəçisiz şifahi razılığı ilə əldə edildi”.
Politoloq “təəssüflər olsun ki, nə Rusiya, nə Fransa, nə də Birləşmiş Ştatlar liderləri münaqişənin həlli ilə bağlı heç bir şəkildə müzakirə aparmır. Çünki, münaqişənin həllində üç dövlət ayrı-ayrı siyasi baxışlara malikdir. Tərəflərin siyasəti regionda tərs-mütənasibdir. Danışıqlar masasında olan “Yenilənmiş Madrid” prinsipləri Ermənistan tərəfindən heç müzakirə olunmur”,- deyə əlavə etdi: “Ümumiyyətlə ATƏT-in inhisarında Qarabağ danışıqları davam edəcəksə, bunun həlli mümkün olmayacaq. ATƏT yalnız münaqişələrin dondurulmasında maraqlıdır. Bu təşkilat formatında yaradılan işçi qruplar belə bir çətin münaqişənin həllinə töhfə verə bilməz. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini üçtərəfli və çoxtərəfli formatda deyil, birbaşa münaqişəyə yaxın və təsir edən dövlətlərlə danışıqlar aparmalıdır. Ermənistan hakimiyyəti daxili faktora görə siyasi iradə nümayiş etdirə bilmir. Ona görə də burada ya böyük dövlətlər Ermənistana təsir etməlidir, ya da müharibə variantına əl atılmalıdır. Yoxsa, danışıqlar sonsuza qədər davam edəcək”.
Ekspert diqqətə çatdırıb ki, ABŞ Senatında qondrama “erməni soyqırımı” qəbul edildiyi üçün Vaşinqtonun Qarabağ münaqişsəsinin həllində vasitəçiliyinə kölgə salınmış oldu: “Erməni lobbisi ABŞ-ın Qarabağ siyasətinə türk amilindən yanaşaraq imkan verməyəcək. Azərbaycan yalnız yəhudi lobbisinin imkanlarından istifadə edib, ABŞ -da Qarabağ məsləsini gündəlikdə saxlamalıdır. Qeyd edim ki, ABŞ elə bir dövlətdir ki, burada biznes elita, maliyyə maqnatları hakimiyyətdə olur. Bu sahə ilə sıx bağlı olan lobbi qrupları ilə əməkdaşlıq edirlər. Bu da ABŞ kimi böyük dövlətin siyasətinə lobbilərin təsir etməsinə gətirir. Məhz Qarabağ məsləsində ABŞ-ın siyasəti erməni lobbbisi ilə koordinasiya olunacaq.
Azərbaycan yalnız regional dəyişikliklər konteksindən Qarabağ münaqişəsinin həllini öz leyhinə dəyişməlidir. Rusiya ilə sıx danışıqlar aparmalı, mütləq şəkildə burada Türkiyə amili də rol almalıdır. Türkiyə Rusiya ilə Suriyada, Liviyada münaqişələrin həllində ortaq məxrəcə gəlirsə, bunu Qarabağ münaqişəsinin həllində də edə bilər. Sadəcə intensiv danışıqlar aparılmalıdır. ABŞ və Avropa bizim ərazi bütövlüyümüzü dəstəkləyir, hüquqi siyasi dəstək var. Amma, münaqişənin həllində heç bir köməklik göstərmək iqtidarında deyillər. Azərbaycan çalışmalıdır ki, daima cəbhədə ciddi təzyiqlərə əl atsın. Digər ölkələrin bizim müharibə variantımızın qarşısnı almasına şərait yaradılmamalıdır. Gələn il belə siyasi bir davamiyyətə rəsmi Bakı şərait yaratamayacaq”.
Ermənistanın Qarabağda məskunlaşdırma siyasətini şərh edən keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ermənilərin Qarabağa axın etməsi iddialarının reallığına inanmır. Onun fikrincə, ermənilər özlərinə qarşı təzyiqi hiss etdikdə cavab vermək üçün Qarabağda canlanma olduğu barədə təəssürat yaratmağa çalışırlar: “Ermənilər Qarabağda guya tikinti aparır, insanları kütləvi oraya köçürür. Düzdür, ermənilər hansısa obyektləri göstəriş üçün bərpa edirlər. Amma gəlin açıq danışaq ki, orada 50 minə yaxın insan yaşayır. Sovet dövründə, sonuncu dəfə qeydiyata alınanda 127 min erməni var idi. İndi 50 minə düşüb. Azərbaycanlıların sayı isə 42 min qeyd olunub. Orada 50 minə yaxın insan olduğunu da düşünmürəm. Çünki əhalinin əksəriyyəti iqtisadi problemlərə görə Qarabağdan ayrılıb. Azərbaycan ictimaiyyətini qıcıqlandırmaq, öz işğalçı ruhunu qaldırmaq üçün Ermənistan belə dezinformasiyalar yayır. Açıq danışaq ki, normal adam Qarabağ kimi təhlükəli bölgədə nə ev tikəndir, nə də orada yaşayandır. Hər kəs anlayır ki, bunun axırı ya müharibədir, ya da ermənilərin işğal etdikləri əraizlərimizdən təzyiq altında çıxarılmasıdır”.
T.Zülfüqarov ermənilərin etnik xüsusiyyətlərindən irəli gələn bəzi məqamları da vurğulayıb. O, qeyd edib ki, ermənilər üçün vətən deyə anlayış yoxdur, onlar yaşadıqları yerləri rahatlıqla dəyişə bilirlər: “Çünki Sovet dövründə Ermənistanda 3 milyon əhalinin yaşadığı deyilirdi. Dünyada isə onların 8-9 milyona yaxın olduğu qeyd edilirdi. Ermənilər ilk növbədə Rusiyaya, digər xarici ölkələrə axışırlar. Rusiyanın özündə elə Qarabağdan çıxan emrənilərin kifayət qədər olduğunu görə bilərik.
Ermənilər iddia edirlər ki, guya onların diasporu güclüdür, müharibə başlasa, Qarabağı müdafiə edəcək. Bu söz-söhbətlərə eks-prezident Levon Ter-Petrosyan açıqlama gətirmişdi ki, cəmi 20-ə yaxın insan diaspordan cəbhəyə yollanıb. Biz reallığı görməli, ermənilərin təxribatlarına çox da önəm verməməliyik. Mən demirəm ki, sakit dayanaq, belə məsələləri şərh etməyək, xaricdə yaşayan ermənilərin diaspora nümayəndələrini ifşa etməyək. Bu işlər paralel həyata keçirilməlidir. Bununla bərabər, biz anlamalıyıq ki, siyasi-iqtisadi vəziyyətin ağırlığı ermənilərə Qarabağda yaşamağa, çoxalmağa imkan vermir”.

Əli