“Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturu kimi media və QHT-lər ön plana çıxır” Layihə

“Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturu kimi media və QHT-lər ön plana çıxır”

Xanoğlan Əhmədov: “Media bütün sahələrdə aktiv rola və təsirə malikdir”

“Vətəndaş cəmiyyəti geniş anlayışdır. Amma bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin əsas strukturu kimi Qeyri Hökumət Təşkilatları (QHT) və media ön plana çıxır”. Bunu “Xalq Cəbhəsi”nə Media və Mülki Cəmiyyət İctimai Birliyinin təsisçisi və sədri, “İlkxeber.org” saytının baş redaktoru Xanoğlan Əhmədov deyib.
O, bildirib ki, Media və Mülki Cəmiyyət İctimai Birliyi 2005-ci ildə təsis edilib: “Son 5 ildə Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin istifadəsi problemlərinin ictimai müzakirəsi” (2014-cü il), “Cənub bölgəsində vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə bağllı maarifləndirmə tədbirlərinin keçirilməsi” (2015-ci il), “Şimal bölgəsində gənclərin dini radikalizmə qarşı mübarizəsi yönümündə maarifçilik aksiyaları” (2016-cı il ), “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili” (2017-ci il), "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” (2019-cu il), “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” kimi layihələr həyata keçirmişik.
Bu layihələr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.
Təşkilatın Əsas fəaliyyət sferası jurnalistikanın inkışafına və jurnalistlərin əməkdaşlığının inkişaf etdirilməsinə kömək etmək, jurnalistlərin hüquqlarını müdafiə etmək; yuksək jurnalist tədqiqatları sahasində inkişaf etmiş ölkələrin təcrübələrini öyrənmək, jurnalistləri maarifləndirməkdir. Eləcə də, jurnalistikanın inkişafına kömək etmək və mətbuatın problemlərinin həllinə, həmçinin jurnalistlərın əmək hüquqlarının qorunmasına, söz azadlıgının inkişafına yardım etməkdir. Azərbaycan Milli QHT Forumu, Azərbaycan Mətbuat Şurası, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi, Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması kimi qurumların üzvüyük. Media və Mülki Cəmiyyət İctimai Birliyi hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” mövzusunda layihə həyata keçirir. Layihənin məqsədi vətəndaşların (qadınlar, əlillər, aztəminatlılar və s.) ərizə və müraciətlərinə baxılması, vəziyyətinin araşdırılması nəticəsində bu sahədə mövcud olan problemləri aşkarlamaq və həlli yollarını göstərməkdir. Layihə çərçivəsində Yardımlı, Salyan və Qobustan rayonlarında fəaliyyət göstərən idarə və təşkilatlarda vətəndaşların ərizə və şikayətlərinə baxılmasının mövcud vəziyyəti monitorinqi həyata keçiriləcək. Layihədə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək olaraq 30 imkansız ailəyə ərzaq və gündəlik təlabat mallarından ibarət yardım olunması nəzərdə tutulub. Qeyd edim ki, artıq yardımların paylanmasına başlamışıq”.
X.Əhmədov əlavə edib ki, bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti institutu dövlətin və cəmiyyətin inkişafında rol oynayan əsas faktordur: “Tədqiqatçılara görə, vətəndaş cəmiyyətinin struktur elementlərinə şəxsiyyət, ailə, məktəb, məscid və digər ibadət yerləri, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı,; demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər, QHT-lər və s. daxildir.
Vətəndaş cəmiyyətinin ən başlıca elementi olan mülkiyyət şəxsiyyətin və bütün cəmiyyətin azadlığının ilkin şərti kimi çıxış edir. Mülkiyyətə hörmət olmayan yerdə şxsiyyətə də hörmət yoxdur. Bazar, öz- özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştrak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabrləşdirməlidir. Dövlət bazar münasdibətlrinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə belə təsnif etmək olar. İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, koperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasialar və vətəndaşların digər könüllü birlikləri təşgil edir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları təşkil edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil KİV. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır.
Vətəndaş cəmiyyətinin mənəvi sferasına söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi daxildir”.
“Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutu dedikdə medianı ön sıraya qoymaq lazımdır”, deyən X.Əhmədov əlavə edib ki, hazırda medianın fəaliyyəti bütün sahələrdə aktiv rola və təsirə malikdir.
QHT-lər barədə danışan X.Əhmədov əlavə edib ki, QHT-lərin cəmiyyətdə oynadığı rolu qiymətləndirmək üçün bir sıra məqamlara nəzər salmağa ehtiyac var: “Əvvəla, Azərbaycanda ictimai sektorun inkişafında, cəmiyyətin çoxsaylı problemlərinin aradan qaldırılması istiqamətində QHT-lərin böyük xidmətlərinin olduğu danılmazdır. Əslin¬də, mül¬ki cə¬miy¬yəti QHT-lər¬siz təsəvvür etmək, sa¬də¬cə ola¬raq müm¬kün de¬yil. Bu sahədə QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ölkə QHT-lərinin inkişafına müsbət təsir etdiyi göz qabağındadır. Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycanın ümummilli maraqlarına xidmət edən layihələrin maliyyələşdirilməsinə üstünlük verilir. Şuraya maliyyələşdirilmək üçün təqdim edilmiş layihələrin dəyərləndirilib seçilməsi və qiymətləndirilməsində əvvəlki dönəmlərdən fərqli olaraq yeni prinsiplər rəhbər tutulur, xarici donor təşkilatlarının Azərbaycanla bağlı həyata keçirdikləri sistemdən fərqli metodologiya tətbiq olunur. Bütün layihələr cəmiyyətdəki obyektiv ehtiyaclar və problemlərin nəzərə alınması şərtilə dəyərləndirilir, bu zaman Azərbaycanın maraqları yeganə tələb sayılır. Şuranın bu istiqamətdəki fəaliyyəti yetərincə şəffaf və aşkardır. Şura tərəfindən maliyyələşdirilən layihələrin sırasında milli-mənəvi dəyərlər, Dağlıq Qarabağ mövzusu, vətənpərvərliyin təbliği, sosial sahədə, səhiyyədə, ekoloji məsələlərin həllində, təhsil, elm və mədəniyyətin inkişafında QHT-lərin təşəbbüslərinin dəstəklənməsinin ön sıraya çıxarılması xüsusilə çox təqdirəlayiqdir”.
Onun sözlərinə görə, QHT-lərin problemi çox olsa da, bəziləri qismən həll edilmək üzrədir: “Ancaq mən həmin problemlərdən biri haqqında danışmaq istərdim. Bu, QHT-lərin qeydiyyatı ilə bağlıdır. Çünki qeydiyyat sahəsindəki əngəllər QHT-lərin inkişafına ciddi mane olur. Xeyli sayda QHT-lər var ki, hüquq subyektliyi əldə etmək üçün illərdir get-gəldədirlər. Əslində, ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşdırılmasının sürətlənməsi, bütövlükdə demokratik prinsirlərin möhkəmlənməsi üçün hüquq subyektliyi əldə etmək mühüm şərtdir. Əks halda QHT-lərin fəaliyyət imkanları məhdudlaşdırılmış sayılrı. Əksər donor təşkilatları da yalnız QHT-lər qeydiyyatdan keçdikdən sonra onların layihələrini maliyyələşdirməyə razı olurlar...”.

Əli