Urmiya Universitetində minlərlə tələbə etiraz aksiyası keçirib Güney Azərbaycan

Urmiya Universitetində minlərlə tələbə etiraz aksiyası keçirib

Azərbaycanlı tələbə günorta saatlarında "Bint əl-Xoda" yataqxanasının qarşısında boğularaq öldürülüb

Urmiya Universitetində etiraz aksiyası keçirilib. APA-nın "Təbriz səsi"nə istinadən verdiyi məlumata görə, buna səbəb 24 yaşlı tələbə Şeyda Hatəminin qətlidir.
Tələbələr İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) ali təhsil müəssisəsindəki bölməsi ("Hərasət") tərəfindən azərbaycanlı xanımın qətlinin intihar faktı kimi qələmə verilməsidir. Halbuki şahidlər bunun yalan olduğunu söyləyirlər, hətta tibbi ekspertiza da hadisənin qətl olduğuna dair rəy verib.
Minlərlə tələbə olaraq Urmiya Universitetinin mərkəzi qərargahının binası qarşısında toplaşaraq, "İntihar yalandır, Şeyda günahsızdır!", ""Hərasət" boş şeydir, istəmirik, istəmirik!", "Şeyda bizik!" və s. şüarlar səsləndirib, azərbaycanlı tələbənin qətlinə laqeyd yanaşılmasını pisləyiblər.
Qeyd edək ki, Ş.Hatəmi Urmiya Kənd Təsərrüfatı Mühəndisliyi Universitetində geologiya ixtisası üzrə magistr təhsili alırdı. Azərbaycanlı tələbə günorta saatlarında "Bint əl-Xoda" yataqxanasının qarşısında boğularaq öldürülüb.