3 Oktyabr 17:04
3 Oktyabr 13:42
19 Fevral 2021 14:53
9 268
Şərqi Azərbaycan Baytarlıq Baş İdarəsi Təbrizdə kəskin quş qripinin ilk müsbət faktının qeydə alındığını elan edib.
Təbrizin "azaranjoman" xəbər saytının verdiyi bilgiyə görə, Baş İdarə əyalətdə fəaliyyət göstərən bütün quşçuluq fermalarına xəbərdarlıq edərək sanitariya qaydalarına daha ciddi riayət etmələrini istəyib.
Xəbərdarlıqda deyilir ki, “kəskin quş qripinin ilk müsbət faktının Təbriz çevrəsindəki yerli quşlarda qeydə alınmasını nəzərə alaraq bütün sanitariya və karantin qaydalarının yerinə yetirilməsi vacibdir.”
Xatırladaq ki, fevral ayının 14-də Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi quş qripinin baş vermə ehtimalı səbəbindən vətəndaşlara vəhşi quşlara yaxınlaşmamaları barədə xəbərdarlıq etmişdi.
Gunaz.tv
1 Oktyabr 12:36
1 631
29 Sentyabr 10:53
2 072
29 Sentyabr 10:52
1 925