ABŞ-ın İsveçdəki səfiri azərbaycanlı gənclə görüşüb Güney Azərbaycan

ABŞ-ın İsveçdəki səfiri azərbaycanlı gənclə görüşüb

İsveç doğumlu əslən Güney Azərbayncanlı Siyavuş Derəxti (23 yaş) adlı gənc İsveçdə yaratdığı təşkilat Gənc Müsəlmanlar antisemitizmə qarşı banisidir (Young Muslims Against Antisemitism).
Yaratdığı təşkilat son aylarda Avrupada artan xaricilərə qarşı irqçilik, islam və yəhudi dinlərində artan düşmənciliyə son vermək üzrə calışır. Yorulmadan anti semitizm və İslamfobi haqqında tələbələrə seminarlar keçir, parlamentdə çıxışlar edir. Bir nece il əvvəl Amerika Prezidenti Obama ilə görüşü olan gənc və Waşington Post qəzeti ilə yanaşı İsveçin çoxsaylı qəzetində yazan bu gənc İsveç Komitəsi və dövlət tərəfindən xeyirli işlərinə görə, dəfələrlə mükaflandırılıb. Bir neçə gün öncə Amerika Prezidentin özəl nümayəndəsi və Amerikanın İsveç səlahityətli səfiri Stokholmdan Malmöyə təşrif edərək, Siyavuş Derəxtinin ofisində ziyarət edib və fikir mübadiləsi aparıb.