İran hökumətindən Urmiya gölünə daha zərbə Güney Azərbaycan

İran hökumətindən Urmiya gölünə daha zərbə

Qurumaqda olan Urmiya gölü dövlət dəstəyi yerinə dövlət zərbəsi altında son nəfəslərini çəkir. İran rejimi Urmiya gölünü daha da qurutmaq istiqamətində daha bir səddə su toplamağa başlayıb.
Məlumata görə, Zolaçay üzərində tikilən Zola səddinə 12 milyon kubmetr su yığılacaq. Yeni səddin istifadəyə verilməsilə gölün qurumasının daha sürətlənəcəyi gözlənilir. Halbuki, bundan öncə Həsən Ruhani hökuməti Urmiya gölü hövzəsində sədd tikib istifadəyə verməyin qadağan olduğunu bildirmişdi. Urmiya gölünün xilası üçün indiyə kimi heç bir əməli işin görülməməsi, eləcə də yeni səddin istifadəyə verilməsi Ruhani hakimiyyətinin mahiyyətini və Urmiya gölünü qurtarmaq istəmədiyini açıq-aydın göstərməkdədir.