“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
19 Avqust 2020 13:05
12 187
Sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsinin püşkü atılacaq.
Azərbaycan Futzal Federasiyası xəbər verir ki, püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz “A” səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.
Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə bir başa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək.
“Avro-2022”nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.
31 Mart 19:20
1 064
31 Mart 11:42
1 274
31 Mart 11:36
1 274