ABŞ İraqın parşalanmasını istəyir Dünya

ABŞ İraqın parşalanmasını istəyir

"İraqda çarə dövlətin bölünməsidir"

Cavid

ABŞ quru qoşunlarının komandanı general-leytenant Raymond Odierno, İraqda vəziyyətin düzəlməsi üçün tək çarənin dövlətin bölünməsi olduğunu bildirib. Ray Odierno, İraqda Şiələrlə Sünnilər arasında razılığa gəlmənin çox çətin olduğunu və tək çarənin bölünmə ola biləcəyini deyib. Bölünmə məsələsində qərarın bölgəyə, siyasətçilərə və diplomatlara aid olduğunu deyən komandan, daha öncə İŞİD probleminin həll olunması gərəkdiyini bildirib: "Bölünmə tək çarə ola bilər. Amma mən bunu demək üçün hələ hazır deyiləm. Öncə İŞİD-i həll etməliyik, daha sonra nə olacağına qərar verə bilərik". Ray Odierno İŞİD-ə qarşı hava hücumlarına dəstək verən kürd güclərinin zəiflədiyini dəyərək, İraq quru qoşunlarının da az təsir gücünə malik olmadıqlarını bildirib:"İŞİD-lə müharibə zəif gedir. ABŞ, gələcək aylarda bir irəliləyiş olmasa İraq ordusunun dəstək üçün öz hərbçilərini göndərəcək. Əsgərlərimizin döyüşəcəyini demirəm. Onlar İraq ordusunu təşviq edəcəklər". General həmçinin qeyd edib ki, Bağdad yaxın günlərdə İŞİD-ə qarşı savaşda uğur əldə etməsə, Vaşinqton öz qoşunlarının bura göndərilməsi ilə bağlı yenidən düşünməlidir. Onu da bildirək ki, Reymon Odiernonun cümə günü 60 yaşı tamam olur. O məhz həmin gün öz vəzifəsini tərk edəcək. Odierno 2008-2010-cu illərdə İraqdakı beynəlxalq koalisiya qüvvələrinin komandanı olub. Onun rəhbərlik etdiyi 4-cü piyada diviziyası İraqın keçmiş prezidenti Səddam Hüseynin tapılmasında mühüm rol oynayıb. Odiernonu məşhur edən başqa bir məqam isə onun kürd separatçıları ilə həddən artıq yaxınlığı və İraqdakı türk əsgərlərinin başına çuval keçirərək, onları həbs etməsi olub. Hazırda İraqda ABŞ-ın 4500 hərbçisi var. Onların böyük əksəriyyəti məsləhətçi və instruktorlardan ibarətdir. Qeyd edək ki, ABŞ 2003-cü ildə işğal etdiyi İraqdan bütün əsgərlərini 2011-ci ildə geri çıxartmışdı. İraqın Baş naziri Heydər əl-Abadin isə bildirib ki, İraq hökuməti ABŞ generalı Raymond Odiernonun İraqın bölünməsi barədə bəyanatlarını qınayır. Onun sözlərinə görə, belə məsuliyyətsiz çıxışlar İraq reallıqlarına göz yummaq deməkdir. Dünən general Odierno mətbuata açıqlamasında İraq üçün yeganə həll variantının ölkənin parçalanması olduğunu bildirmişdi. Reymon Odiernonun cümə günü 60 yaşı tamam olur. O, məhz həmin gün öz vəzifəsini tərk edəcək. Odierno 2008-2010-cu illərdə İraqdakı beynəlxalq koalisiya qüvvələrinin komandanı olub. Onun rəhbərlik etdiyi 4-cü piyada diviziyası İraqın keçmiş prezidenti Səddam Hüseynin tapılmasında mühüm rol oynayıb. Odiernonu məşhur edən başqa bir məqam isə onun kürd separatçıları ilə həddən artıq yaxınlığı və İraqdakı türk əsgərlərinin başına çuval keçirərək, onları həbs etməsi olub. Bu arada özlərini "İslam dövləti" ekstremist qruplaşmasının haker bölməsi adlandıran naməlum şəxslər ABŞ hərbi qulluqçularının əlaqə vasitələrini dərc ediblər. CNN xəbər verir ki, siyahıda 1400 nəfər hərbi qulluqçunun ünvanı, telefon və kredit kartının nömrələri əks olunub. Məlumatda qeyd olunur ki, siyahıda adları çəkilən hərbçilər hesablaşmaq üçün potensial hədəf elan olunurlar. Ekspertlər artıq bu siyahının köhnəlmiş olduğunu, lakin adları çəkilən şəxslərin həqiqətən ABŞ ordusunda xidmət keçdiklərini açıqlayıblar. Pentaqonun mətbuat katibi Ceffri Pul isə göstərilən məlumatlardan əksəriyyətinin artıq aktual olmadığını, lakin bu cür sızmaların hərbçilər haqda məlumatların məxfilik siyasətini yenidən nəzərdən keçirtməyə məcbur etdiyini bildirib.