Ukraynanı əvvəlki kimi pul idarə edir Dünya

Ukraynanı əvvəlki kimi pul idarə edir

Prezident Proşenko islahatları ciddi müzakirə edir, lakin oliqarxları məhv etmək üçün yeganə imkanını əldən buraxır

Cavid

Ekspert Taras Kuzion Ukraynanın mövcud durumunu şərh edib.
Bir neçə həftə öncə Ukrayna prezidneti Pyotr Proşenko "Wall Street Journal" mətbu orqanında nəşr etdirdiyi məqaləsində hakimiyyətdə olduğu müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirib. Onun daha çox qabartdığı mövzü irsi problemlər üzərində qazandığı qələbə olub: "20 ildən artıq müddətdir ki, Sovet tərzindəki idarəetmə nəticəsində ölkədə rüşvətxorluq, faydasız idarəetmə və qohumbazlıq inkişaf etmişdi". Bu istiqamətdə problemləri aradan qaldırmaq üçün, rüşvətxorluqdan uzaq polis sistemi yaradılmışdır. Bundan başqa prezident məqalədə məhkəmə sistemindəki yeniliklərə də geniş yer verib. Bu sahədə çalışmaq üçün xaricdən mütəxəssilər dəvət olunub və hazırda həmin şəxslər hakimiyyətin əsəs gücünü təmsil edir.
Ən vacib məsələ isə Dövləti İdarəetmə sistemindəki yeniliklərdir ki,burda da Proşenko şəffaflıq və xalqla hesablaşma prisnsiplərinə sadiq qaldığını bildirib: "Bu gün keçirilən azad, şəffaf və dünya ictimaiyyəti tərəfindən keyfiyyətli kimi qəbul edilən seçkilərdən sonra, Ukrayna hakimiyyəti şəffafdır və heç vaxt olmadığı kimi tabedir".
Bu deyilənlər o qədər gözəl səslənirdi ki, mən Prezidentin bütün təkliflərini yoxlamaq qərarına gəldim. Diqqətimi cəlb edən ən vacib məsələ isə, onun təkcə keçən il rüşvətxorluğa görə 2702 nəfər dövlət məmurunun həbs olunması oldu. Əgər hadisələr həqiqətən belə olubsa onda, onun hakimiyyətinin detalları gizli saxlamaq kimi bir marağı olmaz. Belə yüksək rəqəmlər – gözəl nailiyyətdir. (Nəzərə alsaq ki, cinayət prosesləri, ölkələrin böyük əksəriyyətində olduğu kimi Ukraynada da şəffaf keçirilir)
Buna baxmayaraq mən Prezident Administrasiyasından tutulanların siyahısını istədikdə mənə bunu təqdim etmədilər. Səbəbini soruşanda isə, mənə deyildi ki, bu adlar "məxfi"dir. Bu da Ukraynanın "Avromaydan"dan sonra tərifli höküməti.
Əfsus ki, baş verənləri diqqətlə araşdırmaq üçün şəraitin olmamamsı, Proşenko tərəfindən reklam olunan islahatların mahiyyətini əks etdirir. Prezident üzərində böyük təzyiqlər var. Bu təzyiqlər Vaşinqtondan, Brüsseldən, Beynəlxalq Maliyyə İnstitutlarından və rüşvətxorluğun tamamilə məhv edilməsini tələb edən xalq tərəfindən həyata keçirilir. Lakin Ukraynada əsas güc strukturu olam "Milis"in adını dəyişərək "Polis" qoyulması, tamamilə rüşvətə bulaşmış Daxili İşlər Nazirliyində elə də ciddi dəyişikliklərə səbəb olmayacaq. Eyni zamanda, qəzetlərdə cəlbedici məqalələr yazmaqla xalqın diqqətini başqa yerə yönəltmək də olmaz. Bu gün Ukrayna əhalisinin 72 faizi belə hesab edir ki, korrupsiya ilə mübarizə dalana dirənib və ölkə səhv istiqamətdə inkişaf edir. Buna misal olaraq onlar Qərbdə Rusiyayönümlü qüvvələrlə mübarizəni və rüşvətxorluğu qeyd edərək bunu Ukraynanın əsas problemi adlandırırlar.
Reallıq isə bundan ibarətdir ki, hər zaman olduğu kimi səhv düşüncə və rüşvətxorluq meyilləri Ukraynada hakimiyyətin başından başlayır. Koruppsiya bataqlığının əsas üzvləri yüksək vəzifəli məmurlar və biznes maqnatlarıdır. Məhz burda Proşenkonun istəyi realaşmır. Ukraynadakı islahatları, adi rüşvətxorluq mane olmur. Xeyr, burda ali rüşvətxorluqdan söbət gedir ki, Postsovet məkanında bu göstəricilərə görə ən pis vəziyyətdə olan ölkələrdən biri də məhz Ukraynadır. Bu məlumatları koruppsiya ilə mübarizə üzrə Beynəlxalq təşkilat olan "Transparency International" bəyan edib.
Mərkəzi problem isə ondan ibarətdir ki, Prezidnet oliqarxların təsirini azaltmaqla bağlı verdiyi vədin üzərində dura bilmir. Sözü gedən biznes akulaları kütləvi informasiya vasitələrini nəzarətdə saxlamaqla yanaşı, güclü siyasi fiqurlarla sıx bağlılığı və əsas iqtisadi gəliri olan sahələri əllərində saxlamaqla seçilirlər. Oliqarxlara qarşı mübarizə "Avromaydanı" aktual edən əsas vasitələrdən biri idi. Məhz keçmiş prezident Viktor Yanukoviçin hakimiyyət dövründə bu problem açıq şəkildə qabarmışdı. Nə qədər qəribə görünsə də, Yanukoviç devrildikdən sonra hakimiyyətə adi adam deyl, siyası milyarder Proşenko gəldi. (Hansı ki, Yanukoviç hakimiyyətində vacib postlardan birini tuturdu). Öz yeni kitabında "Ukraine: What Went Wrong and How to Fix It" (Ukrayna: Səf olan nə idi və bu səhvi necə düzəltməli) Anders Aslund qeyd edir ki, "Heç bir keçmiş kommunist ölkəsində olmadığı kimi, Ukraynada hakimiyyəti geniş əhatə dairəsi olan biznesmenlər zəbt ediblər" , O xəbərdarlıq edir ki, "Oliqarxların hakimiyyətini mütləq qırmaq lazımdır". Bu hal islahatları uğurlu edəcək.
İslahatlarla bağlı iş o zaman effekt verə bilər ki, burda oliqarxların təsiri azaldılar, Proşenko da rüşvətxorluqla mübarizədə əsas axını "Oliqarxlardan təmizlənmə" kursunda görür. Bir neçə ay bundan öncə o, üzərinə böyük məsuliyyət götürərərk, Dnepropetrovsk vilayətinin qubernatoru, ölkənin ən tanınmış biznesmenlərindən olan İqor Kolomoyskini vəzifəsindən çıxartdı. İyunda Milli Antikorrupsiya bürosu yaradıldı. Bu proseslərin əsas məqsədi Sovet epoxsaından qalan idarəediciləri təmziləməkdən ibarət idi. Bundan başqa Proşenko koruppsiya ilə mübarizədə kifayət qədər tanınan Gürcüstanlı Mixail Saakaşvillini, rüşvətxorluq baxımından daha çox əziyyət çəkən Odessa vilayətinə rəhbər təyin etdi.
Ancaq ukraynalılar ona inanmadılar. Beynəlxalq Respublika İnstitutu bu yaxınlarda sosial sorğu keçirdərək elan edib ki, ukraynalıların 40 faizi heç bir dəyişiklik müşahidə etmir, 32 faizi isə çox zəif irəlilədiklərini bildirir. Tənqidçilər belə hesab edir ki, bir sıra yüksək vəzifəli məmurların saxlanılamsı "ucuz səhnəcik"lərdir. Ötən mövsüm Ukraynanın aparıcı İctimai Təşkilatları Prezidentə müraciət edərək, dalana dirənmiş antikorrupsiya həmlələrinin "kilidini açmağı" tələb edib.
Ukraynada oliqarxlara qarşı mübarizə əvvəlcə enerji sektorundan başlamalıdır. Bu sahədə büdcədən il ərzində milyardlarla pullar sovrulur. Hesab edirik ki, enerji sahəsində ən çox diqqəti cəlb edən maqnat Dmitriy Firtaşdır. Hansı ki, 1990-cı illərdə Federal Araşdırmalar Mərkəzi tərəfindən axtarışda olan Semon Moqileviçin dəstəyi ilə (Firtaş özü bu faktı ABŞ-ın Ukraynadakı səfirliyində etiraf edib) qaz biznesinə girişib. Qaz Lobbisinin Firtaş və digər üzvləri Proşenko da daxil olmaqla bütün Ukrayna Prezidentləri, Prokurorluq və Xüsusi Xidmətlərlə münasibətləri normal məcrada qurublar. "Wikileaks " sayəsində Amerikanın Diplomatik yazışmalardan götürülən məlumatlardan Firtaşın qara əməlləri daha çox qabarır. Ukraynaın Prezident Administrasiyası və hüquq mühafizə orqanları isə daima Firtaşla intensiv münasibətləri təkzib edir.
Əslində isə Proşenko və Firtaş arasındakı münasibətlərin tarixi hələ Leonid Kuçmanın hakimiyyət illərinə gedib çıxır. Maydandakı hadisəlrədən heç bir ay keçməmiş Proşenko boksçu Vitali Kliçko ilə Vianaya yollandırlar. Səbəb isə Firtaşa siyasi dəstək göstərmək idi. Firtaş Avstriyada məhkəmədə idi. Burda onun ABŞ-a ekstradisiyası müzakirə olunurdu. Firtaş rüşvətxorluqda günahlandırılırdı. Vianaya gələrək Kliçko və Proşenko müəyyən razılığa gəldilər. Oliqarxlar siyasi fikirlərinə görə dəstək istəyirdilər. Razılığa əsasən, Qaz Lobbisinin liderləri (Firtaş, keçmiş Energetika naziri Yuriy Boyko və Yanukoviç administrasiyasının keçmiş rəhbəri Serqey Levoçkin) məhkəmə tərəfindən təqib olunmağa qarşı təminat aldılar. "Biz istədiyimizi əldə etdik, Proşenko prezidnet, Kliçko isə icra başçısı oldu" deyə Firtaş loğvalıqla bildirmişdi. Yanukoviç rejimi Levoçkinin iştirakı olmadan öz rüşvətxorluq əməllərini həyata keçirə bilməzdi. Lakin bu gün həmin adam Viana razılığına əsasən toxunulmaz oldu.
Siyası alış-veriş zamanı Qaz Lobbisinə toxunulmazlıq təmin edən Proşenko nəinki ölkəni oliqarxlardan təmizləməklə bağlı verdiyi sözü tutmadı, eyni zamanda, yeni rüşvətxorluq meyyarlarının da əsasını qoydu. Levoçkin və keçmiş energetika naziri Boyko, parlamentdə təmsil olunan "Müxalifət Bloku" partiyasının liderləri hesab olunurlar. Bu partiya Rusiya ilə münasibətlərə meyillilik göstərir, və onların siyasəti Proşenkonun təbliğ etdiyi Avrointeqrasiya siyasətinə ziddir.
Əgər Proşenkonun uğursuz siyası manevrlərini belə, nəzərə almasaq görərik ki, onun fəaliyyəti çatışmamazlıqları aradan qaldırmağa hesablanmış siyasətə ziddir. Ciddi siyasi islahatlara getmək niyyətində olan hökümət yüksək postlara səhv təyinataları ilə özü, öz yolunda maneələr yaradır. Kökünə qədər rüşvətə bulanmış Ukrayanın prokrorluq strukturları demək olar ki, toxunulmaz qalıb. Proşenko rüşvətə bulaşmış prokurorluq əməkdaşlarını yüksək vəzifəyə təyin etməklə heç nə əldə etmir. Onlar ya fəaliyyətsilikləri ilə seçilirlər, ya da rüşvət vasitəsi ilə özünəbənzər prokurorluq işçilərinə dəstək olurlar. Proşenkonun siyasəti nəticəsində belə bir fikir güclənməkdədir: idarəedici elita və oliqarxların fəaliyyəti məhkəmə tərəfindən araşdırıla bilməz. Adi insanlar isə rahat şəkildə mühakimə olunurlar. Günahlandırma qərarlarının 99 faizi bunun bariz göstəricisidir.
Proşenkonun 2702 nəfər dövlət qulluqçusunun rüşvətxorluqda günahlandırılaraq həbs olunması ilə bağlı verdiyi açıqlamalar Qərbi, eləcə də ukraynalıları aldatmaq məqsədi daşıyır. Lakin bu siyasət uğursuzluqla nəticələnib. Beynəlxalq Respublika İnstitutunun araşdırmaları göstərir ki, ölkə vətəndaşları prezidnetin korrupsiyaya qarşı müabrizəsini mənfi qiymətləndirirlər. Bu məsələlərdə Proşşenkonun fəaliyyətsizliyi onun ikinci dəfə seçkilərdə qalib gəlməsini əngəlləyir. Eyni hadisələri "Narıncı İnqilabda" qalib gəlmiş Viktor Yuşenko da yaşamışdı. Hansı ki, 2010-cu ildə səslərin cəmi 5 faizini toplayaraq Yanukoviçə yol açdı
Avromaydanın ikinci ildönümü yaxınlaşır, hansını ki, Ukrayna noyabrda qeyd edəcək. Lakin ukraynalılar arasında məyusluq artıb. Milli-populistlər get- gedə məhşurluq qazanmağa başlayırlar. Onların əsas məqsədi Proşenkonu vəzifədən uzaqlaşdırmaqdır. Rusiyaya meyilli qüvvələr və oliqarxlar isə öz güclərini və hakimiyyətlərini qorumağa çalışırlar, belə ki, rüşəvtə bülaşmış məhkəmə sistemi onlara toxunmur. Proşenko verdiyi sözlərin üstündə durmalıdır. Əgər o, bunu etməsə, (hər şey buna doğru gedir) Ukraynanın Avropaya İnteqrasiyası dayanacaq. Avromaydan isə, 10 il əvvəl baş tutmuş "Narıncı İnqilab" kimi xeyirsiz bir fəaliyyət kimi xatırlanacaq.