Rusiya batır Dünya

Rusiya batır

Tarixi də açıqladılar

Cavid

Neftin qiymətinin sürətlə aşağı düşməsi Rusiyanın 2016-cı ildə iflasa uğramasına səbəb ola bilər.
Xarici KİV-lərin verdiyi xəbərə görə, 2014-cü idən bəri qiyməti surətlə aşağı düşməyə başlayan neftin dünya bazarında 36,51 dollara olması Rusiyaya ciddi şəkildə ziyan vurub.
Ekspertlər isə neftin qiymətinin aşağı düşməsini ilk olaraq dünya bazarında neftin çox olması ilə əlaqələndirirlər. Çin iqtisadiyyatında durğunluğun yaranması, dünya bazarında İran neftinin artması, Yaponiya kimi ölkənin iqtisadiyyatında olan zəifləmə də bu amillər sırasındadır. Ekspertlər bu amillərin hələ bir çox ölkələrə ziyan vuracağını proqnozlaşdırırlar.
Köhnəlmiş sovet texnologiyası, üstəlik, Rusiyanın neft sənayesinin ehtiyacı olduğu texnologiya məhsullarına tətbiq olunan sanksiyalar hasilata çəkilən xərcləri artırır. Rusiya hər barel neftin çıxarılması üçün 18-20 dollar xərcləyir. Səudiyyə Ərəbistanı isə neft ehtiyatları səthə yaxın olduğu üçün bir barelin çıxarılmasına 6 dollar xərcləyir. Bu isə Rusiya iqtisadiyyatının üzərindəki təzyiqi daha da gücləndirir.
"Nezavisimaya qazeta"ya açıqlamasında rusiyalı iqtisadçı İqor Nikolayev söyləyib ki, Rusiya iqtisadiyyatının çöküşü qonşu ölkələrə də təsir edir.
Onun sözlərinə görə, belə halda devalvasiyadan qorunmaq çətindir: "Bizim iqtisadiyyatımızın geriləməsi digər ölkələrə təsir edir. Bunun da nəticəsində hər kəs bir-biri ilə əlaqəli şəkildə çökür. Belə bir sistemin içində olmaqla devalvasiya yarışından kənarda qalmaq çox çətindir. Bu yarış həm də gizli xarakter daşıyır. Devalvasiya yarışı 2016-cı ildə də davam edəcək. ABŞ-ın Federal Rezerv Sisteminin qərarından sonra dollar güclənəcək. Əvəzində isə MDB ölkələrinin valyutaları bundan sonra da zəifləməyə başlayacaq".
Qeyd edək ki, son iki il ərzində MDB ölkələrinin hər birinin valyutası devalvasiyaya məruz qalıb. Rusiya və Ukraynadan başlayan proses sonradan o biri ölkələrə də sıçrayıb.
Rusiyanın heç bir yerdə şansının gətirmədiyi də bir həqiqətdir. Belə ki, Rusiyanın Avropa Birliyi ilə danışıqları da nəticəsiz qaldı. Verilən məlumata görə, dekabrın 21-də Rusiyanın Avropa Birliyi-Ukrayna azad ticarət razılaşması sarıdan narahatlığının həlli üçün keçirilən danışıqlar nəticəsiz bitib.
AB-nin Ticarət komissarı Cecilia Malmstroem deyib ki, bu razılaşma, planlaşdırıldığı kimi, yanvarın 1-dən qüvvəyə minəcək. Belə ki, Brüssel danışıqlarında irəliləyiş olmayıb.
Bu saziş Brüssellə Moskvanın Ukraynada nüfuz savaşının mərkəzində dayanıb və ölkənin şərqində separatçılarla münaqişənin yaranmasında da rolu olub.
Moskva iddia edir ki, ticarət sazişi onun Ukraynada iqtisadi maraqlarına zərbə vurur, belə ki, ucuz AB məhsullarının Ukraynaya axınına yol açacaq.
Bu səbəbdən, Rusiya dekabrın 21-də elan edib ki, gələn ildən Ukraynada ərzaq idxalına qadağa tətbiq olunacaq. Ukrayna bu addımın 600 milyon dollarlıq iqtisadi itkiyə səbəb olacağını bildirir.
Bu arada Krım tatarları Rusiyaya birləşməkdən narazılıq ediblər.
Rusiyanın Milli Məsələlər üzrə Federal Agentliyinin Krım tatarları arasında keçirdyi sorğuya əsasən, tatarlar Rusiyaya birləşmələrində müsbət amillər görmədiklərini deyib.
Rusiya KİV-i xəbər verir ki, respondentlərin 21%-i yarımadanın Rusiyaya birləşməsindən sonra həyatlarının müsbətə dəyişdiyini, 15%-i isə pisləşdiyin deyib. Krım tatarlarının 50%-i isə onların vəziyyətində heç bir dəyişkiliyin olmadığını söyləyiblər.
Soğruda iştirak edənlərin 60%-i Rusiya hökumətinin 18 ay ərzində yarımadada həll edə bildiyi bir problemin belə, adını çəkə bilməyib.
2014-cü ilin martında yarımadanı ilhaq edən Rusiya həmin ilin iyununda Krım tatarları icmasının sədri Mustafa Cəmilovu respublikaya buraxmaqdan imtina etmişdi.