“Qazprom“ “Qırğızqaz”ı 1 dollara alıb Dünya

“Qazprom“ “Qırğızqaz”ı 1 dollara alıb

Rusiyanın "Qazprom" şirkəti Qırğızıstanın milli qaz operatorunu simvolik qiymətə - 1 dollara alıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq saziş bu gün Bişkekdə imzalanıb.
"Qazprom" şirkətinin prezidenti Aleksey Miller bu anlaşmanı tarixi hadisə adlandırıb.
"Qırğızqaz" səhmlərinin 100 faizini aldıqlarını deyən A.Miller bildirib ki, yeni yaradılmış "Qazprom-Qırğızıstan" müəssisəsinin əsas məqsədi Qırğızıstan əhalisini və sənayesini qazla fasiləsiz təmin etməkdir.