“Artıq təkqütblü dünya yoxdur“ Dünya

“Artıq təkqütblü dünya yoxdur“

Vladimir Putin: " Primakovun xəbərdarlıqları diqqətə alınsaydı, "ərəb baharı" adlanan hadisələrin nəticəsi fərqli ola bilərdi"

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin qonağı olub. Rusiya prezidenti müsahibə zamanı təkqütblü dünya sisteminin artıq çökdüyünü, balansın tədricən bərpa olunduğunu deyib.
"Təkqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar oldu. Dünyada balans tədricən bərpa olunmaqdadır. Ölkəmizin beynəlxalq arenadakı bir çox tərəfdaşları beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başlayıb. Bu, yaxşı haldır", — Putin bildirib. O, Rusiyanın digər ölkələrin mövqelərinə hörmətlə yanaşdığını qeyd edib: "Hətta öz maraqlarımızı müdafiə edən zaman da belədir. Ölkəmiz həmin prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək". Rusiya prezidenti müsahibəsi zamanı "ərəb baharı" ilə bağlı da olduqca diqqətçəkən məqamlara toxunub: "Yevgeni Primakovun xəbərdarlıqları diqqətə alınsaydı, "ərəb baharı" adlanan hadisələrin nəticəsi fərqli ola bilərdi. Primakov Yaxın Şərqi yaxşı bilirdi. O, bu coğrafiyada yerləşən ölkələrin taleyinə yaxından bələd idi. Primakov, gələcəkdə yaşana biləcək "ərəb baharı"nın mənfi nəticələrini görməyi bacarırdı". "Hadisələr başlayan zaman Rusiyanın imkanları məhdud idi. Təəssüf ki, həmin dövrdə beynəlxalq arenada olan əsas oyunçular hüquq normalarına əməl etməmək yolunu seçdi", — Putin deyib.