Avtoqatar Milad bazarında 12 nəfəri öldürüb Dünya

Avtoqatar Milad bazarında 12 nəfəri öldürüb

Avtoqatarın Berlində təşkil olunan izdihamlı Milad bazarına girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, "bir çox əlamətlər" hücumun bilərəkdən törədildiyinə işarə edir. Polis tvit edib ki, avtoqatarın sürücüsü saxlanılıb və nəqliyyatda olan, milliyətcə polşalı olduğu aşkar edilən sərnişin aldığı xəsarətlərdən dünyasını dəyişib. 50-yə yaxınn insan xəstəxanaya yerləşdirilib və onlardan azı dördü ağır xəsarətdən əziyyət çəkir.
Hadisə yerindən çəkilmiş videoda piştaxtaların dağıldığı və insanların yaralı halda yerə sərildiyi görünür. Image copyright AP Image caption Qəza törədən yük maşını Christmas ağacını sındırıb Sürücü Əfqanıstan və ya Pakistandan sığınacaq axtarmaq üçün Almaniyaya fevral ayında daxil olan qaçqındır, Almaniya xəbər agentliyi DPA Təhlükəsizlik xidmətindəki mənbəyinə istinadən yazır. Berlin polis sözçüsü Winfried Wenzel deyib ki, nəqliyyat vasitəsini sürən şəxs hadisə yerindən 2 kilometr uzaqlıqda saxlanılıb və dindirilib.
Maşının şəkildəki məlumatları onun Polşa qonşuluğunda qeydiyyatdan keçdiyini göstərir. Polis deyir ki, onun ordan oğurlandığı da ehtimal oluna bilər. Ariel Zuravski, avtoqatarın sahibi təsdiq edib ki, bazar ertəsi günortadan sonra onun sürücüsü ilə əlaqə yarada bilməyib. "Biz bilmirik onun başına nə iş gəlib. O mənim əmimoğludur və mən onu uşaqlıqdan tanıyıram. Mən ona cavabdehəm."
Alman polisi hücumu hadisə ilə bağlı bir çox məslələrin açıq qaldığını və qeyri-müəyyən olduğunu əsas gətirərək bunu terror hücumu adlandırmağa tələsmir. Daxili işlər naziri cənab de Maiziere ARD televiziyasına deyib: "Mən indi hadisəni "hücum" adlandırmaq istəməzdim,baxmayaraq ki, çoxları bu haqda belə danışır. "Belə bir ifadənin işlədilməsi bütün ölkəyə psixi təsiri var və biz daha çox ehtiyatlı olmaq və fərziyələrə deyil, real istintaq nəticələrinə əsasən hərəkət etmək istəyirik." Kansler Angela Merkelin sözçüsü Steffen Seibert tvit edib: "Bizs ölənlərə baş sağlığı verir və ümid edirik ki, yaralıların çoxu yardım alacağına ümid edirik." Almaniya prezidenti Joachim Gauck yaydığı bəyanatında deyib ki, bu bazar ertəsi "bütün Berlin və bizim ölkəmiz üçün ən dəhşətlisi oldu".