İsrail BMT-yə əhəmiyyət vermir Dünya

İsrail BMT-yə əhəmiyyət vermir

İşğal altında olan Qüds bələdiyyəsinə aid Sığınacaq və Məskunlaşma Komissiyasının Şərqi Qüdsdə 5600 mənzilin tikilməsi planını təsdiqləyəcəyi gözlənilir. BMT-nin Təhlükəsizlik Şurası, İsrailin işğal altında olan Fələstin torpaqlarında bütün qanunsuz məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını tələb edən qərar qəbul etsə də Şərqi Qüdsdə 5600 yeni evlər tikməyi planlaşdırır.
Digər tərəfdən, İsrailin "Hayoum" qəzetinin xəbərində tikilməsi planlaşdırılan 5600 mənzildən 2600-nün Şərqi Qüdsün cənubundakı Gilo yəhudi məskunlaşma bölgəsinə, 2600-nün isə Givat Hamatos yəhudi məskəninə, 400-nün isə Ramat Şlomo yəhudi məskənində tikiləcəyi bildirilib. Qəzet Sığınacaq və Məskunlaşma Komissiyasının sədri Meyrin belə dediyini bildirib: "Heç kim İsrailə nə edəcəyini diktə edə bilməz".
O da bildirirlir ki, İsrail baş naziri Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ-ın Tel-Əvivdəki səfiri Dan Şaprionu Nazirlər Kabinetinə çağırıb. Netanyahu səfirdən ABŞ-ın səsvermə zamanı bitərəf qalması ilə bağlı izahat verməsini istəyib. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.