Trampın sözçüsü mətbuata həqiqətləri söyləyəcəyini deyib Dünya

Trampın sözçüsü mətbuata həqiqətləri söyləyəcəyini deyib

Donald Trampın Ağ Ev sözçüsü yeni administrasiyanın xəbər agentliklərinə heç bir zaman "yalan danışmaq" niyyətində olmadığını deyib. Mətbuat katibi Son Spayserin bu şərhi yeni prezidentin adminstrasiyanın ilk günlərində onu işıqlandırmaq üçün təyin edilən jurnalistlər arasındakı mübahisələrin olduğu vaxta təsadüf edir. Ağ Evin mətbuat katibi Son Spayser bazar ertəsi ilk brinfiqini keçirib.
Bu brifinq, Spayserin medianı prezident Trampın cümə günü baş tutan inqurasiyasına toplaşan izdihamın həcmi ilə bağlı qəsdən yanlış məlumat paylaşmaqda ittiham etməsindən iki sonra baş tutub. Spayser həmçinin şəkillər və rəsmi hesablamaların əksinə iddialar irəli sürüb. Brifinqdə Spayserə özü və administrasiyasının doğruları söyləyib-söyləməyəcəkləri barədə sual verilib.
Şon Spayser: "Bəli, mən inanıram ki, biz Amerika xalqına qarşı səmimi olmalıyıq. Məncə bəzi hallarda biz faktlarla razılaşmaya bilərik. Biz bura çıxanda anlamayacağımız müəyyən şeylər olur. Amma məqsədimiz sizə yalan demək deyil." Spayser Trampın inaqurasiyasının indiyədək ən çox izlənən inaqurasiya olduğuna dair iddiasını bir daha müdafiə edib. İzdihamın həcmi ilə bağlı ilk diskussiya şənbə günü Mərkəzi Kəşfiyyat Agentliyinin qərargahını ziyarət edən prezident Trampın özü tərəfindən başladılıb.
"Mən bir nitqlə çıxış etdim. Qarşımdakı sahəyə baxanda, orada milyon və ya milyon yarım insanın olduğunu gördüm. Mətbuatda isə elə göstərildi ki, elə bir sahə boş idi," deyə o bildirib. Tramp həmçinin fürsətdən istifadə edən mətbuat orqanlarını hədəf aldı. "Mən mətbuatla davamlı müharibə içərisindəyəm. Onlar yer üzündəki ən riyakar insanlardır,"- Donald Tramp deyib.
Administrasiyanın sual doğuran iddiaları ilə bağlı narahatlıqlar bazar günü Trampın müşaviri Kelian Konvey NBC kanalının "Meet the Press" verilişində tənqidləri yayındırmağa çalışarkən daha da artdı. "Siz iddia edirsiniz ki, bu yalandır, amma bizim mətbuat katibimiz Şon Spayser bununla bağlı alternativ faktlar təqdim etdi," - deyə o bildirib.
Siyasi analitik Maykl Baronun sözlərinə görə, hətta bəzi mühafizəkarlar adminstrasiya və mətbuat arasında artan gərginlikdən narahatdır. "Fikrimcə, mətbuatdakı bir çox insan Trampın təhlükəli və mümkündür hətta diktatorial bir şəxs olduğunu düşünür. Məncə bu fikirlər şirdirlib, amma narahat olmağa dəyən başqa məsələlər var,"- Baron deyib.
Siyasi təhlilçi Larri Sabato deyir ki, Trampın tərəfdarlarının uzun zamandır meynstrim media ilə bağlı şübhələri var idi. Larri Sabato: "Seçki kampaniyası zamanı müşahidə etdiklərimiz bizə Trampın tərəfdarlarının onun dediyi hər şeyə inancaqlarını göstərdi. Amma inanmırlarsa da, heç maraq da göstərmirlər." Spayser Tramp tərəfdarları arasında ötən ilki seçki kampaniyasının işıqlanıdırması ilə bağlı narazılığın olduğunu deyib. "Məncə media davamlı olaraq Trampın və onun təmsil etdiyi hərəkatın etibarını zədələməyə cəhd edir. Bu isə məyusedicidir," - Spayser deyib. Spayserin sərgilədiyi daha az mübahisəli tonu və onun həqiqətləri söyləyəcəyinə dair vədi 45-ci prezident və mətbuat arasındakı gərgin münasibəti aradan qaldıra bilər.