Avropa İttifaqı 1 il sonra məhv olacaq? Dünya

Avropa İttifaqı 1 il sonra məhv olacaq?

ABŞ-ın Avropa İttifaqında səfiri olacağı gözlənilən Ted Malloch avronun qarşıdakı 1-1,5 il içində çökəcəyini açıqlayıb. BBC-yə danışan T.Malloc avronun ciddi problemlərlə üzləşdiyinə diqqət çəkib: "Məncə avroya sadəcə ölmək qalır. Avro önümüzdəki 1, yaxud 1,5 il ərzində məhv olacaq. Mən olsaydım, 2017-ci ildə avronu satardım". O, həmçinin, qarşıdakı 90 gün ərzində ABŞ-la Böyük Britaniyanın ticarət müqaviləsi imzalayacağını da bildirib.
Qeyd edək ki, avro valyutasının çökməsi Avropa İttifaqının dağılmasına start verə bilər. "Brexit"dən sonra zəifləyən Avropa İttifaqının ABŞ prezidenti Donald Tramp tərəfindən dağıdılacağı haqda proqnozlar da mövcuddur. Xüsusilə 2017-ci ildə Almaniya və Fransada seçkilərin olacağı və seçkidə radikal sağçıların önə çıxa biləcəyi ehtimalları fonunda ittifaqın ömrünü başa vurduğu və süqutunu rəsmən elan edəcəyi fikri irəli sürülür.