Rusiya Suriyadakı mövqelərindən geri çəkilir? Dünya

Rusiya Suriyadakı mövqelərindən geri çəkilir?

ABŞ terrorçuluğa və İŞİD-ə qarşı mübarizə şüarı altında özünün Suriya və İraqdakı hərbi kontingentini azacıq olsa da, böyüdəcək. Elə həmin arqumenti Rusiya, İran, "Hezbolla" və digərləri də irəli sürürlər. ABŞ yaxın günlərdə bölgəyə 400 hərbçisini və artilleriya batareyasını göndərdiyini elan edib. Perspektivdə bu zonaya əlavə 1000 hərbçi də yollanacaq.
"Al-Hayat" (Böyük Britaniya) yazır ki, keçən bazar günü Amerika ordusu Menbicə zirehli maşınlar və ordu hissələri yollayıb və məqsəd Türkiyənın "Fərat qalxanı" çərçivəsində dəstəklədiyi hərbi qüvvələrlə Vaşinqtonun dəstəklədiyi güclər arasında toqquşmanın qarşısını almaqdan ibarətdir. Hazırda Suriya ərazisində minə yaxın Amerika əsgəri var. Birinci qrup keçən il "məsləhət missiyası" adı altında gəlib və onlar əksəriyyəti kürd olan "Suriya demokratik qücləri" əsgərlərinə hərbi təlimlər keçirlər.
İraqa birbaşa müdaxilə başlayanda İran bəyan etdi ki, onun gücləri də "məsləhətçilər"dən ibarətdir. Rusiya da iddia edir ki, onun hərbçiləri yalnız Tartusdakı hərbi–dəniz bazasını və Latakiyadakı Himeymim aviabazasını qoruyanlardan ibarətdir. Rusiyanın buradakı iştirakının pik həddinə qalxmasından sonra Şimali Suriyada Amerikan bayrağının qaldırılması onların buna hərbi-siyası haqlarının çatmasının rəmzi kimi dəyərləndirilməlidir. Rusiya çalışır ki, siyasi həll yolunu öz monopoliyasına alsın. Vaşinqton ciddi qərarların alınmasında lənglik göstərir. Çünki onlar özləri üçün vəziyyətin aydınlaşmasını və Rakkaya ordu yeridilməsinin nə qədər vacib olduğunu anlamaq istəyirlər.
Həmçinin, belə güman olunur ki, "rus çarı" siyasi böhranın həlli variantını təklif etməyə tələsmir. O, indiyədək Hələb "zəfəri" üzərində oynayır və bunun üstündən üç ay keçməsinə baxmayaraq, öz müttəfiqləri – Əsəd rejimi və İrana təzyiq etmək istəmir. Moskva böhranın həllində ABŞ-ın da iştirak edəcəyini önə çəkərək, 2015-ci ilin senyabrında müharibəyə qoşulduqdan sonra Suriya məsələsindəki oyunçulara daha az təsir göstərməyə başladı. İndi İŞİD probleminin həlli məsələsi, problemin iştirakçılarından başqa (rejim və müxalifət) iki böyük dövlət tərəfindən də danışıqlar masası arxasında planlaşdırılır.
Buna sübut kimi, türk tərəfinin iştirakı ilə Antaliyada keçirilən Rusiya və ABŞ ordularının qərargah rəislərinin görüşünü göstərmək olar. Əsas müzakirə mövzusu Suriya ərazisində onlar arasındakı toqquşmanın qarşısının alınması üçün səylərin gücləndirilməsindən ibarət olub. Ən azından yaxın gələcək üçün maraqlı oyun gözlənilir. Con Kerri və Sergey Lavrov arasındakı görüş nəticəsində əldə edilən nailiyyət yalnız Suriyadakı hərbi vəziyyətlə məhdudlaşırdı.
Öz nüfuzunu gücləndiməkdən yana iki superdövlətin rəqabət apardığı Suriya ərazisində xarici orduların iştirakı müharibənin yeni mərhələyə keçəcəyi xarakterik haldır. Bu, özünəməxsus şəkildə Suriya əyalətlərinin bölünməsidir. İran, Türkiyə və İsrail kimi regional dövlətlərin cəlb olunduğu münaqişədə Moskva və Vaşinqtonun çiyninə qarşılıqlı fəaliyyət qurmaq kimi ağır yük düşür. Təsir sferasının bölünməsində müşayiət olunacaq dəyişiklikləri diqqətlə izləmək lazımdır. Həmçinin, İranın rolunu sıfıra endirənədək, Rakkanın sünnü müsəlman silahlı qüvvələri tərəfindən azad olunması ilə bağlı Vaşinqtonun niyyətlərinin ciddiliyini gözdən qaçırmaq olmaz. Görəsən Amerikan gücləri Suriya ilə kifayətlənəcəkmi və ya regiondakı təsirini artırmaq üçün daha da irəliyə gedəcəklər?