“İrəvanı savaşla masaya oturtmalıyıq” Dünya

“İrəvanı savaşla masaya oturtmalıyıq”

Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Ermənistan heç bir barışıq siyasəti həyata keçirməyəcək:
"Ona görə də İrəvana təzyiq olunmalıdır. Burada da əsas faktor məhz Rusiyadır. Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır. Məhz bu səbəbdən də Ermənistanı lokal hərbi münaqişələrlə yerinə otuzdurub sülh danışıqlarına vadar etmək lazımdır".
Politoloq Ermənistanda müqavilə əsasında ordunun yaradılması ilə bağlı dolaşan söz-söhbətlərə də aydınlıq gətirib:
"Bunun üçün çox ciddi vəsait lazımdır. Bu vəsaitlər isə bu gün Ermənistanda yoxdur. Görünür, Ermənistan hakimiyyəti belə manevrlər etməklə vaxtını uzadır".