Trampın Qüds qərarının səbəbi Dünya

Trampın Qüds qərarının səbəbi

Qüdsü İsrailin paytaxtı olaraq tanımaqla ABŞ daxili problemlərini həll etməyə çalışır. Bunu "Anadolu" agentliyinə müsahibəsində rusiyalı politoloq Vyaçeslav Matuzov söyləyib. "Bir müddət öncə Konqresdə ABŞ Prezidenti Donald Trampın impiçment məsələsi səsverməyə çıxarıldı. Burada Tramp qalib gəldi. O, qələbəni yəhudi lobbisinin köməyi ilə əldə etdi. Bunun da nəticəsi Qüdsün tanınması oldu", – deyə o bildirib.
Rusiyalı politoloq Aleksandr Krılov isə Trampın qərarının Yaxın Şərqdəki sülh prosesinə son qoyacağını bildirib: "Bu qərar təkcə Yaxın Şərqdəki sülh prosesini məhv etmir, o həm də beynəlxalq hüquq bazasını yox edir. Bu, BMT Təhlükəsizlik Şurasının 242 və 478-ci maddələrinin birbaşa pozulmasıdır. Sadəcə olaraq özbaşınalıqdır. Problemlər belə həll edilmir. Bu qərar böyük konfliktlərə səbəb olmayacaq, amma terror təşkilatlarına imkan verəcək ki, Amerika vətəndaşlarına hücum edə bilsinlər".