Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər Dünya

Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər.
Bunu Özbəkistan-Azərbaycan biznes forumu zamanı Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.
Səfir qeyd edib ki, səfərin dəqiq tarixi məlum olmasa da, səfər may ayının sonunda gözlənilir.
O əlavə edib ki, səfər zamanı neft-qaz, kənd təsərrüfatı, sənaye, qida sənayesi, tikinti materialları sənayesi kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eləcə də iki ölkə arasında birbaşa aviareyslərin tezliyinin artırılması məsələsi həll oluna bilər.