Hindistanda avtobus yandı: 9 ölü Dünya

Hindistanda avtobus yandı: 9 ölü

Cümə axşamı gecə Hindistan paytaxtı yaxınlığındakı Böyük Noyda rayonunda sürət avtomagistralında avtobusda baş verən yanğın nəticəsində əz azı 9 nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Hadisə anında avtobusda 35 sərnişin olub. Yanğının başvermə səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq çərçivəsində polis nəqliyyat vasitəsinin sürücüsünü və konduktorunu saxlayıb.

Məryəm Quliyeva