Ərdoğan sui-qəsddən necə xilas oldu? Dünya

Ərdoğan sui-qəsddən necə xilas oldu?

15 iyul 2016-cı il tarixində Türkiyədə FETÖ terror təşkilatının həyata keçirdiyi hərbi çevrilişin daha bir detalı məlum olub.
Prezident Rəcəb Tayyib Ərdoğan və ailəsinin Dalaman hava limanında sui-qəsddən şans əsəri qurtulduğu anlara aid görüntülər ortaya çıxıb.
Görüntülərdə bir helikopterin radarlara görünməmək üçün dənizin 10 metr üzərindən uçaraq enmə zolağına gəldiyi görülür.
Həmin gecə prezident həyat yoldaşı və qızının ailəsi ilə birgə Marmaris şəhərindən Dalamana gələrək ATA təyyarəsinə keçib. "Sabah" qəzetinin məlumatına görə, həmin gecə ATA təyyarəsi Ərdoğanı götürmək üçün Adnan Menderes hava limanından Dalamana gələrkən hava limanının üzərində dövrə vuran 4 naməlum obyekt təsbit edib. Lakin bu obyektlərlə bağlı lazımi araşdırılma uzun bir müddət həyata keçirilməyib.
Ərdoğan və ailəsini Marmarisdən gətirən helikopter isə təxminən, 20 dəqiqəlik yolunun 15 dəqiqəsini dənizin 10 metr üzərində uçaraq radarlara görünmədən qət edib. Sahildə isə çevrilişçilərin nəzarətində olan 2 müharibə gəmisi, hücum qayıqları və havada F-16 qırıcıları olub.
Helikopter terror təşkilatı üzvlərinin istifadə etdiyi F-16 və savaş gəmiləri tərəfindən vurulma riskinə rəğmən, Dalaman hava limanına eniş edib. Dalamanda ATA təyyarəsinə nəzarət edən çevriliçilərin istifadə etdiyi 4 əsrarəngiz uçan obyekt isə Ərdoğanı təyyarədə görməyincə həmin ərazidən uzaqlaşıb.
Həmin gecə yaşananlar pilotları hava limanında idarəetmə kabinindəki səs qeydlərində əks olunub. Pilotların danışığından hava radarlarına düşən 4 obyektin helikopter olduğu və onların düşmən mövqedə dayanma ehtimalı üzə çıxıb. Pilotlar təhlükənin fərqinə vararaq Ərdoğanın olduğu təyyarənin istiqamətini yanlış tələffüz edərək prezidenti Atatürk hava limanına göndərəcəklərini açıq şəkildə deyiblər. Lakin pilota göndərdikəri koordinatda Atatürk limanı deyil, Adnan Menderes limanının istiqaməti olub.