ABŞ Suriyada hərbi əməliyyatlara başladı Dünya

ABŞ Suriyada hərbi əməliyyatlara başladı

YPG terror təşkilatı ABŞ-la birlikdə Suriyanın neftlə zəngin Deyr əz-zor əyalətinindəki İŞİD-in nəzarətində olan Hajin yaşayış məntəqəsinə hərbi əməliyyatlara başlayıb. Suriyanın İdlib bölgəsində gərginliyin davam etdiyi bir zamanda ABŞ PKK/YPG terror təşkilatı ilə Fəratın şərqində nəzarətini daha genişləndirmək və gücləndirmək üçün hərbi əməliyyatlar keçirməyə başlayıb.
Bu məqsədlə ABŞ ordusu Suriyanın neftlə zəngin Deyr əz-zor şəhərində İŞİD-in nəzarətindəki Hajin rayonuna hərbi əməliyyatlara başlayıb. Vaşinqtonun dəstəyi ilə PKK terror təşkilatı Hajini ələ keçirəndən sonra Fəratın şərqindəki su və enerji mənbələrini tamamilə ələ keçirmiş olacaq. Hajin rayonunda İŞİD-in yüzlərlə silahlı dəstəsi olduğu bildirilir.
"Yeni Şafak"ın yazdığına görə, ABŞ Suriyadakı müttəfiqi PKK/PYD terror təşkilatının nəzarətində olan ərazilərdə yeni bazalar yaratmaqla hərbi varlığını gücləndirir. ABŞ 2015-ci ilin oktyabr ayından indiyədək Hasekedə 2 hərbi aviabaza, Rakka, Mənbiç də daxil olmaqla ümumilikdə 8 operativ hərbi düşərgəsi fəaliyyət göstərir. Vaşinqton 2017-ci ilin iyul ayından bu yana isə 5 yeni opretiv gözləmə məntəqəsi qurub. Bunlardan 2-si Mənbiçdə, Rakkanın şimalındakı Tel- Əbyad rayonunda isə 2 hərbi məntəqə qurub.
ABŞ-ın bu ərazini nəzarəti ələ keçirməsində əsas məqsəd İraq sərhədində yerləşən enerji ilə zəngin olan Deyr əz-zora nəzarət etməkdir. Buranı nəzarətə götürdükdən sonr a bu ərazidə ABŞ dah bir baza inşa edəcək. Çünki Deyr əz-zorun cənub-şərqində neft və qaz ehtiyatına malik Kotan ərazisi yerləşir. Bura varlı bir ərazi olduğundan sürətlə inkişaf edir və Fərat çayından 10 km məsafədə yerləşir. ABŞ burada hərbi baza inşa etməklə Kotan neft və qaz ərazisi ilə yanaşı, Tanak neft emalı zavoduna, Ömər neft ərazisinə nəzarət etmiş olacaq.
Qeyd edək ki, Suriyanın enerji mənbələrinin 70 faizi bu ərazilərdə yerləşir. Bununla ABŞ həm də Suriyanın böyük su ehtiyatlarına nəzarət etmiş olacaq.