Paşinyan etiraf etdi Dünya

Paşinyan etiraf etdi

"Ölkədə qəribə proses gedir"

Ermənistan Baş naziri Nikol Paşinyan Mənim Addımım Blokunun mitinqində İrəvan Şəhər Şurası üçün keçirilən seçkidə yeni parlamentin çağırılmasına şübhə ilə yanaşan qüvvələrə səs verməməyə çağırıb.
Paşinyan mitinqdə çıxışı zamanı hazırda Ermənistanda qəribə prosesin yarandığını bildirib.
"Xatırlayın! Mən Serj Sərkisyana deyirdim ki, o, müavinlərinin təqdim etdiyi tərzdə hakimiyyətə malik deyil. O, əvvəlcə üzərimizə xüsusi təyinatlılar göndərdi, sonrakı gün isə mənim haqlı olduğumu dedi.
Onlar həqiqətənmi Ermənistanda nə baş verdiyini anlamırlar? Mənə deyirlər ki, sizə yardım edən qüvvələr artıq heç bir dəstək verməyəcəklər. Ermənistanda yalnız bir qüvvə var, o da xalqdır. Onun fikrini dəyişməsi siyasi situasiyada dəyişikliyə gətirəcək. Başqa heç bir qüvvə yoxdur", – deyə o bildirib.
O, İrəvan Şəhər Şurasına keçirilən seçkidə bütün Ermənistanın taleyinin həll edildiyini söyləyib.