ABŞ Çinə qarşı gerçək müharibə elan edir Dünya

ABŞ Çinə qarşı gerçək müharibə elan edir

ABŞ prezidenti Donald Trampın hökuməti Çinə qarşı müharibə elan etməyə hazırlaşır. Bu çərçivədə nazirliklər və dövlət qurumlarında son qərarların verildiyi və ilk həmlənin ABŞ-ın Ədliyyə Nazirliyindən gələcəyi bildirilir. Vaşinqtonun hədəfindəki ilk qurum isə Çinin kəşfiyyat və təhlükəsizlik təşkilatı olan Dövlət Təhlükəsizlik Nazirliyidir. ABŞ mediası Vaşinqton-Pekin arasındakı ticarət savaşının sadəcə bir ünsür olduğunu, gerçək müharibənin isə başlamaq üzrə olduğunu iddia edir.
Tramp hökuməti Çini iqtisadi və fiber-casusluqda ittiham etməyə hazırlaşır. "Wall Street Journal" nəşrinin amerikalı vəzifəli şəxslərə istinadən verdiyi xəbərə görə, Pekinə qarşı ABŞ-ın ticarət sirlərini və həssas texnologiyasını oğurlamaq və özəl şirkətlərə aid kompüter bilgilərini əldə etmək ittihamları irəli sürüləcək.
Çinə qarşı bu müharibə elanının "Huawei" şirkətinin maliyyə işləri üzrə direktoru Minq Vankounun ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Kanadada həbs olunmasından sonra ortaya çıxaması diqqət çəkib. Qəzet Vaşinqtonun Pekinə qarşı hücumlarını daha kəskin hala gətirəcək. Bu qərara ABŞ Ədliyyə, Maliyyə və Daxili İşlər Nazirliyi birbaşa diqqət edəcək. Məqsəd isə ABŞ-a aid trexnoloji üstünlüyün Çin tərəfindən ələ keçirilməsinin qarşısını almaqdır.
Qeyd edək ki, ABŞ-ın "Marriott" hotellər şəbəkəsinin çinli hakerlər tərəfindən hədəf alındığı iddia edilir. İddiaya görə, Çin hotelin computer sisteminə daxil olaraq 500 milyon müştərisinin bilgilərini oğurlayıb.