Erməni analitik Trampın Paşinyanı necə doladığından yazdı Dünya

Erməni analitik Trampın Paşinyanı necə doladığından yazdı

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyanın Ermənistan Respublikası baş naziri təyin edilməsi münasibətilə ona təbrik məktubu göndərib. Məktubda deyilir:
"Sizi Ermənistan Respublikasının baş naziri postuna təyin edilmək və 2018-ci ilin 9 dekabrında baş tutmuş parlament seçkilərində sizin Blokun uğuru münasibətilə təbrik edirəm. Birləşmiş Ştatlar çiçəklənən, demokratik və qonşuları ilə dinc yanaşı yaşayan Ermənistana yardım edir. Biz ölkələrimiz arasında ticari-iqtisadi bağların dərinləşməsində irəliləyişi, dünya təhlükəsziliyinin və korrupsiya ilə mübarizə işinin möhkəmlənməsini birlikdə qeydə ala bilərik. Qarabağ münaqişəsinin dinc həlli bu səylərə şərait yaradır. Sizə və Ermənistan xalqına ən yaxşı arzularımı göndərirəm".
Strateq ru.1in.am-a istinadən yazır ki, bu dəfə Paşinyanı birinci təbrik edən Vladimir Putin olduğundan hökumət və hökumətyönlü çevrələr Trampın təbrik məktubunu da rahat yayıblar.
Yaxşı da ediblər, amma inandırırıq – ruhlanmaq üçün əsas yoxdur: bu mətn yalnız formal, prtokol təbrik məktubudur, gerçəkdə isə onda kinayə ünsürləri, yaxud olduqca təhlükəli ismarıc ehtiva olunub.
Bu təbrik çox pis keyfiyyətdədir və təəssürat yaranır ki, Ermənistan qonşularla yanaşı yaşayan dinc ölkə deyil. Başqa bir təəssürat budur ki, Nikol Paşinyan Qarabağ problemini həll etməsə, özəl Ermənistan-Amerika gündəliyi də yoxdur. Bu sayaq ismarıclar hələ səslənəcək, çünki Ararat Mirzoyanın ABŞ-a BMT Baş Assambleyası çərçivəsində Paşinyan-Tramp görüşünün təşkilinə yönələn və Ermənistan diplomatiyasının səylərini çilik-çilik edən qalmaqallı və məzəli səfəri gözə alınmasa, ötən 9 ayda Ermənistan-Amerika münasibətlərində dözülməz boşluq hökm sürüb.
Düzünü desək, onda Tramp yeganə və istisna deyil.
Rusiya XİN başçısı Sergey Lavrov bir neçə gün qabaq mətbuat konfransında eyham vurub ki, İrəvan Bakının siyasətinin dalınca getsəydi, yaxşı olardı.
Trampın və Lavrovun sözləri müxtəlifdir, amma ya Ermənistan hökumətinin Aqoradan xəbərsiz istər-istəməz Qarabağ problemi üzrə danışıqlar prosesinin təhlükəli burulğanına cəlb edildiyinə, ya da effektsiz xarici siyasətin Moskva və Vaşinqtonda Ermənistan hökuməti təmsilçilərilə açıq kinayə ilə danışdıqlarına gətirən mənası birdir. Hər iki halda küçənin coşğun nidaları xilas etmir, özəlliklə də Ermənistan demokartiyasının Aqoraya deyil, institutlaşmağa ehtiyacı olduğuna görə. Yeri gəlmişkən, Qarabağ problemini bu günlərdə Brüsseldə də yada salıblar.
AB Qarabağ problemi üzrə danışıqlarda müsbət siqnallar görür və ümid edir ki, tərəflər son görüşlərdə əldə edilmiş anlaşmaları tamdəyərli gerçəkləşdirirlər – AB-nin xarici münasibətlər üzrə Komissarı Federiko Moqerininin ofisinin yaydığı məlumatda belə deyilir.
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə sözçüsü Mayya Kosyançiç bildirib: "Nikol Paşinyan və İlham Əliyevin, habelə ATƏT Minsk Qrupu həmsədrlərinin himayəsilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sonuncusu 2016-cı ilin yanvarında Parisdə baş tutmuş son görüşləri Qarabağ münaqişəsinin dinc tənzimlənməsində gəlişmə üçün müsbət siqnallar göndərir". Və əlavə edib: "Avropa Birliyi bu görüşlərin nəticələrinin, o cümlədən əhalinin barışa hazırlanması, həmçinin danışıqların fəallaşması üçün addımlar hazırlamaqda konkret tədbirlər gərəkdiyi haqda XİN başçılarının son anlaşmasının tam gerçəkləşdirilməsini gözləyir".
Amerika siyasi analitiki Pol Stronski Mnatsakanyan və Məmmədyarovun görüşündən sonra gələn rəsmi bəyanata daxil edilmiş "xalqların barışa hazırlanması" ifadəsini dəyərləndirərək "168 am"a bildirib ki, bu, yeni hadisədir və danışıqlar prosesinin son illəri boyunca belə formullu bəyanatlar xatırlamır. O, qeyd edib: "Bu, qeyd etməyə əsas verir ki, tərəflərdə nəsə dəyişilib".
Stronski "xalqların barışa hazırlanması" formulunu Vyana və Sankt-Peterburq sazişlərinə yatırmağın mümkün olub-olmadığı haqda sualı cavablandırıb – xeyr. Ekspert deyib: "Mənim fikrimcə, bu sazişlər müzakirə olunmayıb, çünki Düşənbədə mahiyyətcə bu anlaşmaları əvəzləyən qərar alınıb və bu, təmas xəttində və sərhəddəki cari durum nəzərə alınmaqla işləyir".
Bütün bunların işığında elə görünür ki, Trampın təbrik məktubunun məzmunu daha da konkretləşir.
Buna baxmayaraq, hesab edirik ki, Ermənistan baş nazirinin "Ermənistan Aqorası"nda deyilsə də, heç olmasa, Facebook-da birbaşa yayımda DQ məsələsində özünü göstərməyə ehtiyacı var.