Əsədlə Ərdoğan arasında buzlar əriyir Dünya

Əsədlə Ərdoğan arasında buzlar əriyir

Bir-birinə "Tayyib" və "Bəşər" deyə müraciət və müntəzəm olaraq qarşılıqlı səfərlər edirdilər, 2008-ci ildə də Türkiyənin dənizkənarı Bodrumunda birlikdə tətil keçirdilər. O vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd beynəlxalq siyasətdə nadir hallarda olan bir dostluq sərgləyirdilər. Bu qarşılıqlı faydalı əlaqələr idi: hər iki hökumət azad ticarət sazişi imzaldı, suriyalılar Türkiyəyə vizasız səyahət edə bilir, türk iş adamları Suriyada müəssisələr açırdılar.
Bunu "Der Spiegel" (Almaniya) yazır. Nəşr qeyd edir ki, Əsəd üçün Ərdoğan Avropaya qapı idi: Ankara ilə yaxşı təmaslar yaxın zamanda Aİ ölkələri, xüsusulə Fransanın Suriya diktatorunu şad xəbərlə sevindirəcəyi mənası verirdi. Ərdoğan özünü Avropa və Ərəb dünyası arasında körpü qurucusu kimi göstərə bildi.
Əsədə qarşı üsyanın başlaması ilə bu dostluqdan əsər-əlamət qalmayıb. Ərdoğan Əsədi "qatil" və "terrorçu" adlandırıb, Əsəd də onu Suriyadakı "cihadçılar"ın dəstəkçisi. Suriyadakı vətəndaş müharibəsi son illərdə hər iki ölkəni dəfələrlə hərbi qarşıdurmanın astanasına gətirib.
Amma indi onlar yenidən yaxınlaşırlar. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu günlərdə Əsədlə birgə işləmək istədiyini söyləyib. Bu, qonşular arasındakı əlaqələrdə yeni möhtəşəm dönüş olacaq. Rusiya prezidenti Vladimir Putin Əsədin ən mühüm müttəfiqidır. O, protejesinin, YPG-nin də nəzarət etdiyi ərazi daxil olmaqla, bütün Suriyaya nəzarət etməsini istəyir; bu həm də Suriyanın şimalında Türkiyənin manevr imkanlarını məhdudlaşdırır.
Suriyada Trampın ziqzaq kursu Türkiyə ilə YPG arasında qəribə bir yarışa gətirib çıxarıb: hər iki tərəf Putin və Əsədlə daha tez razılıq əldə etməyə çalışır. Kürdlər Suriya rejiminə müraciət edərək Türkiyədən qorunmaq üçün bölgədə ən azı muxtariyyətlərinin saxlanmasını istəyirlər. Yüksək səviyyəli bir kürd səlahiyyətlisi bu həftə Vaşinqton ziyarəti çərçivəsində "Əl-Monitor" portalına kürd döyüşçülərinin Suriya ordusuna qoşulacağını söyləyib. Ərdoğan ilə yanvar ayının sonundakı görüşündə Kremlin sahibi Putin Türkiyə və Suriyanın 1998-ci ildə Adanada imzalanan sazişinə istinad edib. Suriya hökuməti həmin sazişlə öz ərazisində Türkiyəni təhdid edən qüvvələrə qarşı mübarizəni öhdəsinə götürüb.