Mərkəzi Elmi Kitabxanada Milli mətbuatın 151 illiyi münasibətilə tədbir keçirilib
Rubio: ABŞ Hörmüz boğazından təhlükəsiz tranzitin təşkili ilə bağlı danışıqlar aparır
"Milli mətbuatın missiyası və müasir dövrün çağırışları" mövzusunda konfrans keçirildi
Milli mətbuatda dövlətçilik düşüncəsi – Komitə sədrinin YAZISI
20 İyun 2019 11:54
1 806
Ermənistanın eks-prezidenti Serj Sərkisyanla erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan görüşüb.
Bu məlumatı Ermənistan mətbuatı yayıb. Sərkisyanın ətrafı görüşün olması və orada nələrin müzakirə edilməsi haqqında məlumat yaymaqdan imtina edib.
“Qraparak” qəzeti isə Paşinyanla görüşdə Karapetyanın Ermənistana yeni investisiyalar yatırmasının müzakirə edildiyini yazıb. Belə ki, görüşdə Karapetyan investisiya yatırmağa hazır olduğunu bildirib, əsas şərt kimi isə “sıxışdırılmasının dayandırmasını” irəli sürüb.
Qeyd edək ki, Karapetyan bir neçə gündür Ermənistandadır. Bəzi mənbələr onun Ermənistana Kremlin xüsusi tapşırığı ilə gəldiyini deyiblər.