6 Noyabr 17:56
6 Noyabr 16:50
17 İyul 2019 10:29
2 149
Ermənistan hökuməti Rusiya tərəfinin ölkədə yeni atom elektrik stansiyasının tikintisində iştirakı etməsi üçün Moskva ilə danışıqlar aparır.
Bunu “RİA Novosti”yə açıqlamasında Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib.
“Bizim energetika sistemimiz 3 dayaq üzərindədir. Bunlar atom energetikası, termal energetika və hidroenergetikadır. Ermənistan atom energetikasından imtina etməyə hazırlaşmır. Biz Metsamor AES-in qapadılmasından sonra yeni atom stansiyasının tikintisi imkanlarını indidən nəzərdən keçiririk. Biz Rusiyadakı tərəfdaşlarımızla bu perspektivi müzakirə edirik”, - deyə o bildirib.
Qeyd edək ki, Metsamor AES 1980-ci ildən fəaliyyət göstərir.
6 Noyabr 22:02
777
6 Noyabr 20:57
903
6 Noyabr 19:50
966