"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
Böyük barışıq: Regional güclər ABŞ və İranı necə razı saldı? — DETALLAR
“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
13 Sentyabr 2019 12:20
1 876
ABŞ rəhbərliyi, Rusiyadan “S-400” zenit-raket sistemləri (ZRS) aldığına görə Türkiyəyə qarşı tətbiq oluna biləcək mümkün sanksiyaların bütün variantlarını nəzərdən keçirir.
Bunu cümə axşamı bir qrup jurnalistlə görüşündə ABŞ Dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.
O, ABŞ-ın bu mövzuda qərarının nə vaxt gözlənildiyini açıqlamayıb. Kuperin sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsi üçün heç bir müddət təyin etməyib.
“Bütün bunlar təqvimə deyil, müəyyən şərtlərə əsaslanır. Amerika qanunvericiliyi ilə sanksiyalarla əlaqədar müəyyən edilmiş cədvəl yoxdur. Lakin, əlbəttə ki, cavab tədbirləri (Türkiyənin Rusiyadan S-400 almasına) reaksiya baxımından bütün fəaliyyət variantları nəzərdən keçirilir”, – deyə ABŞ xarici siyasət idarəsi rəsmisi bildirib.